Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 13-də «Baku Steel Company» Məhdud Məsuliyyətli Cəmiyyətdə olub.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı burada oksigen zavodunun açılışını edib.

Sonra prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə tanış olub, burada istehsal edilən məhsullara baxıb.

«Baku Steel Company» MMC 2001-ci ildən fəaliyyətə başlayıb.
Zavodda çoxçeşidli künclük, şveller, ikitavr və katanka istehsal edilir. Ölkə mətbuatında «Baku Steel Company» böyük monopolist kimi təqdim edilir. Hətta mətbuatda yazılanlara görə, bu zavoda məxsus idmançı gənclər Bakıdakı kiçik metal zavodlarının işini fiziki zorakılıqla dayandırıblar. Ancaq müəssisə rəhbərliyi belə iddiaları təkzib edib.

'Baku Steel'in poladını kimlər bərkidir?

Günün bütün mövzuları

XS
SM
MD
LG