Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:23

Nizami Rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

Babək rayon sakini, əvvəllər məhkum olunmuş Rəşid Eminov, Naxçıvan şəhər sakini Orxan Nağıyev, Qazax rayon sakini Nazir İsmayılov və Bakı şəhər sakini Heydər Bayramov oktyabrın 12-dən 26-dək olan müddətdə 5 nəfər paytaxt məxsus evlərdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinirlər.

APA-nın məlumatına görə, həmin şəxslərdən 28 qrama yaxın tiryək götürülüb.

Məlumatda onların Bakı şəhər sakini Əjdər Əliyevin evindən geyim və məişət əşyaları oğurladıqları bildirilir.

Bundan başqa məlumatda vurğulanır ki, saxlanan səşxslərin Ağcabədi rayon sakini Nadir Musayevə məxsus evdən 2000 manat pul və qızıl əşyalar oğurladıqları, Qazax rayon sakini Zülfüqar Həşimovun pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə əldə etdikləri müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Oğurluqda ittiham olunanların yaxınlarının və ya vəkillərinin hələki bu məsələyə hər hansı münasibəti bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG