Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Bakıda toyda ofisiantlar və qonaqlar arasında kütləvi dava- [video]


Azerbaijan. Baku. Fight in wedding party in Baku

Azerbaijan. Baku. Fight in wedding party in Baku

-

*Hər gün yeni video izləmək istəyirsiz? Youtube Kanalımıza abunə olun

Bakıda toyda kütləvi dava baş verib. APA TV-nin məlumatına görə, Nizami rayonu ərazisindəki şadlıq saraylarından birində keçirilən toyun qonağı inzibatçıdan viski istəyib. İnzibatçı viski olmadığını bildirib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb.

Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Davaya ofisiantlar və digər qonaqlar da qoşulub. Kütləvi dava zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, 21 yaşlı Araz Tağıyevin vəziyyəti digərlərinə nisbətən ağır olub. Hazırda onun həyatı üçün təhlükənin olmadığı bildirilir.

Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində olublar. Faktla əlaqədar araşdırmalar aparılır:

Günün bütün mövzuları

XS
SM
MD
LG