Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:31

Torpaq bazarı ilə bağlı proqnoz...


Bakı ətrafında torpaq sahəsi
Bakı ətrafında torpaq sahəsi

“Birbaşa mənzil almağa maddi imkanı çatmayan vətəndaşların əksəriyyəti bu istəyini kiçik torpaq sahələri alıb 1-2 il ərzində ev tikməklə reallaşdırır”.

ANSPRESS-in məlumatına görə, bunu daşınmaz əmlak üzrə şirkətin rəhbəri Nüsrət İbrahimov deyib.

O, digər əmlak seqmentləri ilə müqayisədə torpaq bazarında nisbətən stabillik olduğunu vurğulayıb:

“Əgər son 2-3 aya nəzər salsaq, mənzil bazarında aktivlik 26 faiz, kommersiya bazarında 13 faiz azalıbsa, torpaq bazarında bu, cəmi 12 faiz təşkil edib. Torpaq bazarında fəallığın azalmasına səbəb həm də indi bu sahədə qeyri-mövsüm ayları olduğu üçündür. Gələn ilin mart ayından bu bazarda yenidən aktivlik müşahidə olunacaq. Bu baxımdan qiymətlərdə də müəyyən artımlar gözlənilir”.

Bu sahədə araşdırma aparan iqtisadçı Rəşad Əliyev isə torpaq bazarında aktivliyə və qiymətlərə bir neçə mühüm amilin təsir etdiyini deyir.

Onun sözlərinə görə, ümumi bazar üzrə bu sahədə kənd təsərrüfatı, kommersiya və yaşayış təyinatlı torpaqlar üzrə inkişaf dinamikası fərqli cərəyan edir:

“İndi ölkədə iqtisadi fəallığın azalması ilə əlaqədar kənd təsərrüfatı və kommersiya təyinatlı torpaqlarda qiymət azalmaları müşahidə olunub. Yaşayış təyinatlı torpaqlarda isə qiymətlər ərazidən asılı olaraq dəyişir. Yeni salınan yaşayış ərazilərində qiymət enmələri çox cüzi olub. Amma paytaxtın bahalı ərazilərində torpaqların qiymətində ucuzlaşma qeydə alınıb. Kiçik torpaq sahələrində isə elə bir dəyişiklik nəzərə çarpmır. 2016-cı ilin ilk aylarında da torpaq bazarındakı vəziyyət hazırki dinamikada davam edəcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG