Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:33

Sentyabrın 30-da Muzey Mərkəzində “Tolerant Azərbaycan gənci” adlı sərgi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, sərgi bu qurumun, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Sərgidə uşaq və gənc fırça ustalarının əl işləri nümayiş olunacaq.

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində gerçəkləşəcək sərgidə uşaqların 33, gənclərin isə 40-dək müxtəlif janrlarda işlədikləri əsərlər sərgilənəcək.

Oktyabrın 2-dək davam edəcək sərginin ekspozisiyasında tolerantlıqla bağlı heykəllər də nümayiş olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG