Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:37

20 Yanvar günü bəzi yollar bağlanacaq


20 Yanvar günü bəzi yollar bağlanacaq

20 Yanvar günü bəzi yollar bağlanacaq

-

20 Yanvar günü Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu haqda AzadlıqRadiosuna Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov məlumat verib.

V. Əsədov deyib ki, 20 Yanvar faciəsinin 26-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si səhər saat 8-dən mərasim başa çatanadək yollar bağlanacaq.

Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Vaqif Əsədov sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırıb.

XS
SM
MD
LG