Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:32

Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb. Xəbəri APA yayıb.

Metronun “Koroğlu” stansiyasında bir nəfər relslərin üstünə tullanıb və tunelə doğru qaçmağa başlayıb. Yaranmış təhlükə ilə bağlı qatar yolunda gərginlik söndürülüb. Polis əməkdaşları da həmin şəxsin arxasında qaçıblar.

Axtarışlardan sonra tuneldəki şəxs tapılıb və oradan çıxarılıb. Məlum olub ki, o, 22 yaşlı Qazax rayon sakini Samir Aslanovdur.

Metropoliten mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev faktı təsdiqləyib. Deyib ki, gərginliyin söndürülməsi ilə bağlı metro xəttinin “Koroğlu” - “Həzi Aslanov” stansiyaları arasındakı hissəsində 10 dəqiqəlik gecikmə yaranıb.

Samir Aslanov isə metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılıb. O, ilkin ifadəsində tuneldə tək qalmaq və düşünmək istədiyini bildirib.

Araşdırmalar zamanı onun bu addımı şəxsi münasibətlər zəminində atdığı məlum olub. Terror ehtimalı istisna olunur.

Buna da bax: Bakı metrosunda terror tarixçəsi

Faktla bağlı araşdırmalar davam edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG