Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:28

Bakıda - Lavaş günü


►“Lavaş türkün ortaq mirasıdır” mövzunda layihəyə start verilir

“Lavaş günü” layihəsi Azərbaycan və Türkiyə Mədəniyyət və Turizm Nazirlikləri, eləcə də, Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı və dəstəyi ilə keçiriləcək.

Bu münasibətlə dekabrın 17-də Bakıdakı restoranların birində “Lavaş türkün ortaq mirasıdır” mövzusunda mətbuat konfransı qurulacaq.

Layihəni həyata keçirənlər deyirlər ki, məqsəd "ictimaiyyətin diqqətini milli mətbəxin qədim nümunəsi olan lavaşın Ermənistan tərəfindən mənimsənilməsi faktına yönəltməkdir."

Bir ay davam edəcək layihə çərçivəsində Bakıda şəhərdaxili xidmət göstərən avtobuslar lavaşın təbliğinə dair məlumatlarla təchiz olunacaq,

“Nizami” metrosunun çıxışında insanlara lavaşa həsr edilmiş broşürlər paylanılacaq.

2014-cü il noyabrın 26-da Ermənistan tərəfindən lavaş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına “erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilsə də, Azərbaycan tərəfinin etirazları nəticəsində Ermənistanın cəhdlərinin qarşısı alınıb.

UNESCO Konvensiyasının tələblərinə uyğun olaraq, faylın adı dəyişdirilib və bununla da lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığı, sadəcə, bu mətbəx nümunəsinin Ermənistan ərazisində də mövcud olduğu qəbul edilib.

XS
SM
MD
LG