Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:45

-

Sinqapur yenə də dünyanın ən bahalı şəhəri sayılır.

"Economist Intelligence Unit" (EIU) təşkilatının açıqladığı yeni reytinqdə Sinqapur ən bahalı şəhər statusunu alıb. Ondan sonra Sürix, Honq Konq, Cenevrə və Paris gəlir. London 6-cı, Nyu York 7-ci yerdədir.

Ən ucuz şəhərlər isə Zambiyanın paytaxtı Lusaka, daha sonra Hindistanın Banqalor və Mumbay şəhərləridir.

Hesablama 133 şəhər arasında istehlak səbətinin qiymətinə əsasən aparılıb.

Rusiya rublunun ucuzlaşması Moskva və Sankt Peterburqda yaşayış xərclərini 40% ucuzlaşdırıb. Maraqlıdır ki, indi Sankt Peterburqda dolanışığın qiyməti Ukrayna paytaxtı Kiyevlə eynidir. Kiyevdə də milli valyuta üzən məzənnəyə keçirilib.

Hesabata görə, dünyanın 10 ən ucuz şəhərindən beşi Hindistan və Pakistanda yerləşir.

Buna da bax:

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG