Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

«Yeyinti məhsullarının idxalının artımı, su, elektrik enerjisi tariflərinin bahalaşması və onun digər bazarlara təsirləri inflyasiya artırıcı amilləri fəallaşdıracaq».

Bunu iqtisadçı Qubad İbadoğlu yazır.

İqtisadçı qeyd edir ki, bu ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan malların çeşidlərinin sayı 1040 ədəd artaraq 6520-ə çatıb. Onun fikrincə, keçən ilin eyni dövrünə nisbətən idxal əməliyyatlarının məbləği 13,98 faiz azaldığı halda, malların çeşidlərinin sayının 20 faiz artımı ilk növbədə ölkə iqtisadiyyatının xarici faktorlardan asılılığını gücləndirir. «Bu dinamika idxalı əvəz edən yerli istehsalın formalaşması ilə əlaqədar siyasi bəyanatları və sənaye məhsulunun artımı ilə bağlı açıqlanan son statistik məlumatları təkzib edir. Belə ki, həqiqətən də əgər deyildiyi kimi, qeyri-neft istehsalında inkişaf varsa, onda əksinə idxalı əvəz edən yerli istehsal hesabına ölkəyə xaricdən gətirilən məhsulların çeşidlərinin sayında azalma müşahidə olunmalı idi», - o, yazır.

Buna da bax: Son deyil, ardı mütləq gələcək

Qubad İbadoğlunun bildirməsinə görə, bu ilin birinci yarısının təhlili göstərir ki, bu dövrdə alıcılıq qabiliyyətinin aşağı düşməsinə baxmayaraq, yeyinti məhsullarının idxalında 12 faiz artım olub:

İqtisadçı Qubad İbadoğlu, 2015

İqtisadçı Qubad İbadoğlu, 2015

«Ötən illə müqayisədə idxalda yeyinti məhsullarının payı 3,6 faiz yüksəlib. 2016-cı ilin 1-ci yarısında idxalda maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, onların hissələri 7,5 faiz, nəqliyyat vasitələri və onların hissələri isə 2 dəfəyədək azalıb. Bu ilin 6 ayının yekunlarına görə, ölkəyə gətirilən yeyinti məhsullarının xüsusi çəkisi, məbləği, çeşidləri artdığı halda, milli iqtisadiyyatın modernləşdirilməsi üçün vacib olan nəqliyyat vasitələri, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin idxalı azalıb»

Buna da bax: Türkiyədə çevriliş cəhdi Əliyev klanını qorxudub?

İkirəqəmli inflyasiya gözlənilir

İdxal olunan malların çeşidlərinin sayı ötən ilə nisbətən 6 dəfə artıb...

İqtisadçı vurğulayır ki, yeyinti məhsullarının idxalının artımı, suyun, elektrik enerjisinin tariflərinin bahalaşması və onun digər bazarlara qiymət artırıcı təsirləri inflyasiyanın yüksəlməsini şərtləndirəcək.

Q. İbadoğlunun fikrincə, belə olan halda bu ilin ikinci yarısında da ölkə iqtisadiyyatında 2 rəqəmli inflyasiya hökmranlıq edəcək.

Buna da bax: Pensiyası yubanan təqaüdçü: Formula-1 keçirdilər...

«İkincisi, yeni texnologiyaların, müasir maşın və mexanizmlərin idxalının aşağı düşməsi milli iqtisadiyyatın modernləşdirilməsi prosesini ləngidir. Ölkənin rəqabət qabiliyyətinin aşağı düşməsinə, bununla da qeyri-neft ixracatının yalnız xammal və aqrar məhsulların bazasında formalaşmasına gətirib çıxaracaq. Bu sahədə potensialın azlığı milli iqtisadiyyatın gələcəyi üçün ciddi problemlər yaradacaq. Belə olan halda da ölkə iqtisadiyyatı və manatı daha mürəkkəb, böyük çətinliklərlə üzləşəcək» - deyə iqtisadçı qeyd edir.

Buna da bax: Maliyyə Nazirliyinin «sakitləşdirici həb»i…

Qubad İbadoğlu təəssüflə bildirir ki, idxalda müşahidə olunan mövcud dəyişikliklər nə iqtisadiyyata məsul olan hakimiyyət orqanlarını, nə də bu sahədə qərar qəbul edən səlahiyyətli şəxsləri qayğılandırır.

Buna da bax:

Günün bütün mövzuları

XS
SM
MD
LG