Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:37

'Hətta mobil xidmətlər də bahalaşacaq'


Mobil telefon
Mobil telefon

Tarif Şurasının “təkanı” Azərbaycanda geniş bahalaşmaya yol açıb. İqtisadi məntiq hökumət üzvlərinin “bu, bahalaşmaya səbəb olmayacaq” şəklində təsəllisini anlamsız edir. Özəlliklə təbii qaz və elektrik tariflərində dəyişmənin zəncirvari təsiri manatın dəyərsizləşməsiylə daha da ciddiləşən böhran “zənglərini” daha ucadan eşitdirir.

“İnflyasiya səviyyəsi yüksələcək”

Buna da bax:​ Ekspert: 'Yeni bahalaşma dalğası gözlənir'

İqtisadçı ekspert Qubad İbadoğlu inflyasiyanın yüksələcəyi ilə baxışları təsdiqləyir. Onun fikrincə, qiymət artımı əvvəlcə elektrik enerjisi və qaz sərfiyyatı yüksək olan çörəkbişirmə, qənnadı, emal, poladəritmə və digər müəssisələrin məhsullarını, eləcə də dəmiryolu və metro nəqliyyatının xidmətlərini bahalaşdırcaq: “Ümumi qiymət səviyyəsi artdıqca, mobil rabitə xidmətlərindən (“Azercell” tarif paketlərində dəyişikliklərlə artıma start verib) tutmuş, otel xidmətlərinədək müxtəlif sahələrdə bahalaşma müşahidə olunacaq”.

“Təsir ancaq bir sıra tikinti materiallarının istehsalında hiss oluna bilər”

Əmlak məsələləri eksperti Rəşad Əliyev yeni durumun tikinti sektoruna birbaşa təsir göstərməyəcəyini düşünür: “Məlum məsələdir ki, tikintidə qaz və işıqdan elə də çox istifadə edilmir. Təsir ancaq bir sıra tikinti materiallarının istehsalında hiss oluna bilər. Söhbət xərclərdə qaz və işığın xüsusi çəkisinin çox olduğu materiallardan gedir. Amma ən əsası odur ki, biz bu təsirin necə olacağını dəqiq bilməyəcəyik”.

Buna da bax:​ Benzin bahalaşacaq-Qubad İbadoğlu

O, kərpic (kərpicbişirmə), klinker istehsalını (qaz), taxtaqurutmanı (onu otaqlarda qurudurlar) misal göstərir və sözünə davam edir:

“Ancaq qiymətin nə qədər artacağı məlum deyil, çünki bir sıra amillər, məsələn, idxal komponentlərinin bahalaşması ilə üst-üstə düşür”.

“Yerli sement məhsullarında da 10-15% qiymət artımı olacaq”

Bir başqa əmlak eksperti - Ramil Osmanlı yerli dəmir məmulatında mümkün bahalaşmaya diqqət çəkir: “Mismar, armatur, dam örtükləri, dəmir profillər və digər materiallar 20%-dək bahalaşacaq”.

Buna da bax:​ Deputat: 'Böhran dərinləşəcək'

Onun fikrincə, sement və bu kimi materialların istehsalında qaz xərcləri önəmli yer tutduğundan, yerli sement məhsullarında da 10-15% qiymət artımı olacaq.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov fins.az-a bildirib ki, qarşıdakı 5 ayda bütün ərzaq məhsulları 3-10% civarında bahalaşacaq. Əsas qiymət artımı süd və konserv məhsullarında, istixanalarda yetişdirilən tərəvəzdə olacaq. Süd və konserv məhsulları 3-5 %, parnikdə yetişdirilən tərəvəz 8-10 %-dək bahalaşacaq. Quş əti və digər ət məhsullarında 4-5%, un məmulatları və çörəkdə 5% qiymət artımı qaçılmazdır. E.Hüseynovun fikrincə, bahalaşma geyim mallarında da hiss ediləcək. O, geyim mallarının 3% bahalaşacağını düşünür.

Buna da bax: Qaz və elektrik tarifləri qaldırıldı

Xidmətlər 5-8% bahalaşacaq

Birlik sədrinin sözlərinə görə, mal və məhsullarla yanaşı, xidmət sahələrində də qiymət artımı olacaq. Bərbərxanalardan çay evlərinə və şadlıq saraylarınadək bütün xidmət sahələri qiyməti qaldıracaq. Bu sahələrdə, ortalama, 5-8 % arasında bahalaşma gözlənilir.

Buna da bax:

Bahalaşma büdcənizə necə təsir göstərəcək?
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG