Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:09

►Daniel Bayer:“Hökuməti hüquq və azadlıqlara hörmət etməyə çağırırıq”

“ABŞ ATƏT-in Bakı ofisinin bağlanmasına təəssüf edir. Ümid edirik ki, bu, müvəqqətidir. Çünki bu iştirak qanunçuluğun, insan hüquqlarının möhkəmlənməsi və transmilli təhlükələrə qarşı mübarizə məsələləri üzrə əməkdaşlığa şərait yarada bilərdir”.

Bunu ABŞ-ın ATƏT-dəki səfiri Daniel Bayer deyib. O, bu sözləri fevralın 11-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında bu qrumun Minsk Qrupunun işini tənqid edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun iradlarına cavab olaraq söyləyib. Xəbəri Turan yayıb.

D.Bayer deyib ki, ABŞ Minsk Qrupu həmsədrlərinin narahatlığına şərikdir. Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində ağır silahın tətbiqini pisləyir. Tərəflər başa düşməlidirlər ki, münaqişənin hərbi həlli yolu yoxdur: “Biz həmsədrlərin tərəflərə gərginliyin azaldılması və mülki əhalinin həyatının müdafiəsi üzrə təcili tədbirlər görmək çağırışlarını dəstəkləyirik”, deyə Bayer qeyd edib.

S.Bayer Əzimovun QHT-lərin insan hüquqları mövzusundan maliyyə mənfəəti üçün istifadə etdikləri və bu üzdən insan hüquqları sahəsində vəziyyətin pisləşdiyini iddia etdikləri ilə bağlı iradlarına reaksiya verib:

“Biz hökuməti beynəlxalq öhdəliklərinə uyğun olaraq, bütün vətəndaşların insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə, onları qorumağa çağırırıq. Bu, Azərbaycanın hərtərəfli təhlükəsizliyinə nail olmaqdan ayrı tutula bilməz”- deyə Bayer bildirib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG