Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:20

AzTV-yə ittiham: "Alqı-satqılar saxta firmalar vasitəsilə həyata keçirilib"


►"Arif Alışanovun dövründə AzTV-yə dövlət büdcəsindən 660 milyon manat pul ayrılıb. Amma bu televiziyada maliyyə şəffaflığı yoxdur.

Araşdırmalar zamanı məlum olub ki, tender adı altında alqı-satqılar əslində, saxta firmalar vasitəsilə həyata keçirilib".

Bunu telejurnalist Qulu Məhərrəmli aprelin 15-də Yasamal Rayon Məhkəməsindəki çıxışında deyib. "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanov onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Arif Alışanov telejurnalistin Azərbaycanda televiziyanın yaradılmasının 60 illiyilə bağlı bu ilin fevralında verdiyi müsahibədəki fikirlərinə görə CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə cəzalandırılmasını tələb edir. Özü yenə də məhkəmə iclasına gəlməmişdi.

AzTV sədrini məhkəmədə təmsil edən vəkil Zaur Abbasov Qulu Məhərrəmlinin müsahibəsindəki ifadələrin böhtan və təhqir xarakterli olub-olmadığının müəyyənləşdirilməsi üçün linqvistik ekspertizanın təyin olunması barədə vəsatət qaldırıb.

“YADIMA DÜŞMÜR Kİ, ALIŞANOV VAR, YA YOX”

Amma Qulu Məhərrəmli və vəkili Cavid Rzazadə vəsatətin baxılmamış saxlanılmasını istəyib.

"Əvvəla, bizə vaxt verilməlidir ki, vəsatətlə bağlı rəyimizi yazılı şəkildə təqdim edək, öz suallarımızı qoyaq. Həm də əvvəlcə məhkəmədə Qulu Məhərrəmlinin ifadəsini dinləməliyik. Bəlkə adam deyəcək ki, "o müsahibəni mən verməmişəm". Bundan başqa, ekspertiza bütün məqaləni qiymətləndirsə, onda hər bir söz barədə rəy verməlidir. Ona görə də adamlar konkretləşdirməlidir ki, hansı ifadələri böhtan, təhqir hesab edirlər", - Cavid Rzazadə bildirib.

___________________________________________________________

Bunlara da bax:
“İlham Əliyev sənə yaxşılıq edib, sən isə...”
"5 rayonu istəyirsənsə, bu təşkilatlara üzv ol"
Müsəlman ölkələrindən Azərbaycana dəstək

___________________________________________________________

Qulu Məhərrəmli isə vəsatətin özünü "böhtan nümunəsi" adlandırıb:

"Yazıblar ki, "Qulu Məhərrəmli qəsdən bu yazının KİV-də dərcinə nail olmaqla, Alışanova böhtan atıb, onun şərəf və ləyaqətini alçaldıb". Mən jurnalistəm, tez-tez müxtəlif məsələlər barədə fikirlərimi soruşurlar, müsahibə verirəm. Sonuncu dəfə Rusiya telekanalında Qarabağ məsələsinin işıqlandırılması barədə fikirlərimi bildirdim. İndi bu o deməkdirmi ki, mən qəsdən Rusiya telekanalları ilə bağlı yazıların dərcinə nail olmuşam? Fevralda da televiziyanın yayıma başlamasının 60 illiyilə bağlı zəng edib fikirlərimi soruşdular, mən də cavab verdim. Heç mənim yadıma düşmür ki, Alışanov var, onun televiziyası var, yoxsa yox..."

KASETLƏRİN SƏHV DÜŞMƏYİ

Telejurnalist qeyd edib ki, illərdir media orqanları AzTV-də korrupsiya halları, hətta kriminal olaylar barədə materiallar dərc edir və bu məlumatların heç biri təkzib olunmayıb:

"Bu adam dövlətdən maliyyələşən bir qurumun rəhbəridir. Vətəndaşların cibi hesabına yaşayan televiziyanın özünün də, rəhbərinin də fəaliyyəti şəffaf olmalıdır. Mən ki o müsahibədə Alışanov AzTV-yə rəhbər təyin olunarkən "Xəbərlər" proqramının kasetlərinin niyə səhv düşdüyündən danışmamışam..."

Qulu Məhərrəmli və vəkilinin etirazlarına baxmayaraq, hakim Azər Tağıyev iddiaçı tərəfin vəsatətini təmin edib. Linqvistik ekspertizanın nəticəsi bəlli olana qədər məhkəmə prosesi təxirə salınıb.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunun 15 aprel radio proqramında

Azərbaycan boksçusu erməni rəqibini məğlub etdi
“5 rayonu qaytarmaq istəyirsənsə, bu iki təşkilata qoşul”
Müsəlman ölkələrindən Azərbaycana dəstək

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun 15 aprel TV proqramında

Rusiya-Ermənistan münasibətləri dördgünlük döyüşdən sonra...
Kreml Putinin əvəzinə üzr istədi

Günün bütün mövzuları

XS
SM
MD
LG