Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:26

Monteneqrodakı Azərbaycan bankı adını dəyişdi


Foto illüstrasiya
Foto illüstrasiya

Bu ilin aprelində Monteneqroda bütün növ bank xidmətləri göstərməyə lisenziya alan «Azmont Banka» ASC adını dəyişib. Ölkə kommersiya qurumlarının dövlət reyestri məlumat verir ki, sentyabrın 9-dan bank «Nova Banka AD Podgorica» adı ilə tanınacaq.

Bank kapitalının 100 faizi bu Balkan ölkəsində turizmlə bağlı iri sərmayə layihəsi icra edən «Azmont Investments» MMC-yə məxsusdur. Şirkət bankın kapitalına 11 milyon 980 min avro vəsait yatırıb.

Monteneqronun Mərkəzi Bankı açıqlayıb ki , bu ilin birinci yarısında «Azmont Banka» 217 min avro zərərlə işləyib.

«Azmont Investments» MMC-ni 2012-ci ildə SOCAR qurub. Şirkətin kapitalı 105 milyon avrodur. Daha sonra şirkətin aktivləri və onun üzərində nəzarət «Azerbaijan Global Investments» (AGI) şirkətinə (99.99 faiz) ötürülüb. İndi AGI-nin səhmdarları «Paşa Development», «AtaHolding» və «Synergy Group» şirkətləridir.

Buna da bax-'Azmont'un görünən və görünməyən üzü

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG