Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:09

Hökumət «Azersun»a borclu qalıb...


Prezident İlham Əliyev Azərsunun istixanasında, 2012

Prezident İlham Əliyev Azərsunun istixanasında, 2012

►Mənfəət gözlənildiyindən az olduğundan, dövlətin bu holdinqə 1 milyon 113 min 800 manat verəcəyi yaranıb

«Azersun» və onun törəmə şirkətləri ötən il dövlət büdcəsinə 4 milyon 975 min 546 manat mənfəət vergisi ödəyib.

Mənfəət gözlənildiyi qədər olmadığından, dövlətin bu holdinqə 1 milyon 113 min 800 manat verəcəyi yaranıb.

Mənfəət ildən-ilə azalır

Azərbaycanda tikinti və ərzaq istehsalı, eləcə də ticarəti ilə məşğul olan 20-dək şirkəti özündə birləşdirən «Azersun Holding» qrupunun mənfəəti ilbəil azalmaqdadır. 2013-cü ildə (vergidən əvvəl) mənfəətin məbləği 35 milyon 285 min 600 manatdan 2014-cü ildə 19 milyon 739 min manata, ötən ilsə 9 milyon 888 min 500 manata düşüb.

Maliyyə hesabatına görə, şirkətlər qrupunun artıq vergi ödəmələrinin toplam məbləği 10 milyon manata çatır. Bununla belə, birləşdirilmiş maliyyə hesabatına əsasən, şirkətlər qrupunun mənfəət vergisi üzrə dövlət büdcəsinə 6 milyon 500 min manat borcu ödənilməmiş qalır.

____________________________________________________________

Bunlara da bax:
Valyuta ehtiyatları 12 milyard azalıb
Türkiyənin turizm sektoruna 15 milyardlıq zərbə

____________________________________________________________

Şirkətin gəlirlərinə gəlincə...

Ötən il mal və xidmət satışından daxilolmalar 9 milyon 500 min manat artaraq, 309 milyon 500 min manata (ƏDV-siz) çatıb. Maya dəyərinin azalması sayəsində mənfəət 16 milyon 200 min manat artıb və 97 milyon manata yaxınlaşıb.

Manatın dəyərsizləşməsi 2015-ci ildə «Azersun Holding»i 37 milyon 540 min 300 manat zərərə uğradıb.

Bu ilin əvvəlinə holdinqin bölüşdürülməyən mənfəəti 12,5 faiz artaraq, 107 milyon 300 min manata çatıb.

Hildinqin banklara uzunmüddətli borclarının toplam məbləği 19 milyon 500 min manat azalıb və 2016-cı ilin əvvəlinə 74 milyon manat olub. Bunun əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondundan götürülən güzəştli kreditlərdir.

Xatırlatmağa dəyər ki...

«Azersun Holding» MMC-nin özü də törəmə şirkətdir. Onun təsisçisi Birləşmiş Ərəb Əmirliklərində qurulan «İntersun İnternational Sun Group FZCO» şirkətidir. Azərbaycan, Gürcüstan və Rusiyada fəaliyyət göstərən «Azersun» şirkətlərinə holdinqin prezidenti Abdülbari Gözəlin sahiblik etdiyi bildirilir. Şirkətlər qrupu

Azərbaycanın ən iri azuqə (çay, yağ, duz, meyvə-tərəvəz konservləri və s.) ixracatçılarından sayılır.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 29 iyun

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında

İsraillə sazişdən sonra terror təsadüfdir?

Günün bütün mövzuları

XS
SM
MD
LG