Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:50

'Azərsu': 'Kanalizasiya xətləri robotlarla təmizlənir...'


Sewer robot.
Sewer robot.

“Azərsu” Bakıda və regionlarda kanalizasiya xətlərini robotlardan istifadə etməklə təmizlədiyini deyir.

Bu haqda qurumun mətbuat xidməti xəbər verib.

Xəbərdə bildirilir ki, payız mövsümündə intensiv yağıntılarla əlaqədar kanalizasiya və yağış suları infrastrukturunun yüklənməsi bu sahəyə diqqəti daha artırıb. “Azərsu” tullantı sularının optimal idarə olunması məqsədilə kompleks tədbirlərə başladığını söyləyir.

Buna da bax:​ Hökumət rəsmisi: İntensiv yağış yağsa, evlər yenə su altında qalacaq

Qurum bildirir ki, oktyabrda 80 kilometr kanalizasiya xətləri yuyulub, 6 mindən çox yağış, kanalizasiya quyusu və barmaqlıqlar lillərdən təmizlənib.

2016-cı ilin 9 ayı ərzində isə 560 kilometr uzunluğunda kanalizasiya xətləri, 16 minə qədər yağış və kanalizasiya quyuları, barmaqlıqların təmizləndiyi bildirilir.

“Təmizlənmiş xətlərin 415 km-i Abşeron yarımadasının, 145 km-i isə regionların payına düşür. Kanalizasiya xətlərinin təmizlənməsində yeni texnologiyalardan istifadə olunur. Məsafədən idarə olunan xüsusi robotlar vasitəsi ilə kanalizasiya xətlərinin vəziyyəti öyrənilir, tutulmaların baş verdiyi yerlər müəyyən edilir. Bundan sonra həmin hissələr yüksək təzyiqlə su vuran maşınlarla təmizlənir. Ötən dövrdə 176 km uzunluğunda kanalizasiya xətləri məhz bu cür xüsusi maşınlarla təmizlənib”, “Azərsu” bildirir.

Buna da bax:​ Xəzər sahilində çirkab bataqlıqları yaranır

Son həftələr Bakı və əyalətlərdə intensiv yağışlar kanalizasiyalarda problemlərin yaranmasına səbəb olub. Hətta günlərlə Bakının bir sıra rayonlarında evlər, avtomobil yolları su içində qalıb.

Məsafədən idarə olunan xüsusi robotların isə neçəyə başa gəldiyi açıqlanmır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG