Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:48

İşıqların sönməyi ilə polis rəisləri arasında bağlantı varmış…


Neft çəlləyi üzərində şam. Şerif. Karikatura.
Neft çəlləyi üzərində şam. Şerif. Karikatura.

Keçmiş deputat Nazim Bəydəmirlinin fikrincə, Azərbaycanda hələ də işıq probleminin mövcudluğu korrupsiyadan və qeyri-peşəkarlıqdan qaynaqlanır.

…Gecə saat 11-dir. Hava soyuq olsa da, nə güclü külək var, nə də aramsız yağışlar. Qəfildən işıqlar sönür. Mərkəzi istilik sistemi hələ işə düşmədiyindən, elektrik qızdırıcılarla isidilən mənzil az sonra bumbuz olur. Ana körpəsini altdan-üstdən geyindirib üstünə qalın yorğan atır. Ümid edir ki, işıqlar bir azdan, amma… Amma işıqlar bir də ertəsi gün günorta yanır...

“Bir az külək əssə, ya yağış yağsa…”

Bakının Qaradağ rayonunda yaşayan Aliyə Əliyeva elektrik enerjisinin kəsildiyi günlərdən birini belə təsvir edir. Deyir ki, ertəsi gün Xırdalan işıq idarəsinə zəng edəndə, ona qəza olduğunu və hazırda iş getdiyini deyiblər. Onun sözlərinə görə, son vaxtlar yaşadığı ərazidə işıqların sönməsi, az qala, adi hala keçib: “Bir az külək bərk əsdi, ya yağış yağdı, işığın kecəcəyini gözləyirik. Keçməyəndə, möcüzə kimi gəlir. Deyirlər ki, adı təmirdir, köhnə xətləri bağlayır, yenisinin də pulunu ciblərinə qoyurlar”.

Aliyə Əliyeva işıqpulunu vaxtlı-vaxtında ödəsə də, keyfiyyətli və aramsız elektrik təminatının olmamasından gileylidir.

Buna da bax:​ “Azərenerji" büdcədən verdiyindən çox "qoparır"

Son vaxtlar Bakıda və ölkənin ayrı-ayrı yerlərində elektrik enerjisinin tez-tez kəsilməsi ilə bağlı şikayətlər diqqət çəkir. İstər-istəməz, həm də ard-arda suallar doğur: Ölkənin enerji istehsalı və təsərrüfatı vətəndaşları fasiləsiz elektriklə təmin etməkdən ötrü yetərli imkanlara sahibdirmi? Elektrik enerjisi istehsalı və paylaşdırması ilə məşğul olan qurumlar nə qədər vəsait xərcləyir, hansı işləri görür və hansı nəticələrə nail olurlar?

AzadlıqRadiosu bu sualların izinə düşüb, ölkənin enerji təsərrüfatına son illərdə qoyulan investisiyanı araşdırmağa cəhd göstərib.

Büdcədən iki 2 milyard manatdan çox vəsait ayrılıb

Maliyyə Nazirliyinin məlumatına görə, 2006-2016-cı ildə dövlət büdcəsindən “Azərenerji”yə 1 milyard 530 milyon manat, indi “Azərişıq” adlanan “Bakıelektrikşəbəkə”yə 798 milyon manat ayrılır. Yəni, ölkənin elektrik təsərrüfatına təkcə dövlət büdcəsindən 2 milyard 328 milyon manat yönəldilib.

Bəs xarici kreditlər?

“Azərenerji” və “Azərişıq” yüz milyonlarla dollarlıq xarici krediti də investisiya kimi cəlb edir. Bundan başqa, Prezidentin Ehtiyat Fondu, Neft Fondu da elektrik enerjisi qurumlarının işinə yardımçı olmaq üçün, ara-sıra, səxavət kisəsini açır.

Buna da bax:​ 'İşıq yenə bahalaşacaq'

Tanrıverdi Mustafayev: 'İşçilərimiz təhlükəsiz şəraitdə işləsin deyə, elektrik verilişi dayandırılır'
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00
Direct-ə keçid

Ötən ilin məlumatına görə, “Azereneji”nin balansında 3 milyard 390 milyon manatlıqdan çox əmlak, tikili və avadanlıq var. Qurumun sərəncamında olan qısamüddətli aktivlərin dəyəri 485 milyon manatı aşır.

“Azerenerji” ötən il enerji satışından, elektrik şəbəkəsinə qoşulmaqdan və digər fəaliyyətdən 733 milyon manatdan çox vəsait əldə edib. Bu, 2014-cü illə müqayisədə 17 milyon manat çoxdur. Qurum öz xərclərini də göstərib: təmir və texniki xidmətə 23 milyon manat, yanacağa isə 300 milyon manat xərclənib.

“Azerenerji”nin ictimaiyyətə açıqladığı məlumatda yanacağın sərf olunduğu mənbələr, o cümlədən, təmir-texniki xidmət obyektləri konkret göstərilmir.

“Azərişıq”sa açıqladığı maliyyə sənədlərində nizamnamə kapitalını, uzun və qısamüddətli borcları barədə rəqəmləri təqdim edir, amma bu rəqəmlərin arasında investisiya həcmlərini görmək mümkün deyil.

Buna da bax:​ Sayğac tenderində şübhəli rəqəmlər

“İşçilərimiz təhlükəsiz şəraitdə işləsin deyə…”

Azerbaijan – Tanriverdi Mustafayev, spokesman for Baku Electricity Distribution Company (Bakielektrikshebeke), Baku, 19Feb2009
Azerbaijan – Tanriverdi Mustafayev, spokesman for Baku Electricity Distribution Company (Bakielektrikshebeke), Baku, 19Feb2009

“Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bununla razılaşmır, deyir ki, qurum ötən il yaradılıb və bütün görülən işləri ictimaiyyətə açıqlayır: “Nə qədər yarımstansiya tikmişik, hava və kabel xətləri, transformator məntəqələri inşa etmişiksə, hamısı barədə saytımızda məlumat yerləşdirmişik”.

Tanrıverdi Mustafayev deyir ki, “Azərişıq” təsis olunandan bəri - ilyarımda çoxlu işlər görülüb: “Bu gün hər yerdə normal enerji təchizatı var, rayonlarda, şəhərlərdə, kəndlərdə ömrünü başa vurmuş dayaqlar, köhnəlmiş xətlərin dəyişdirilməsi davam etdirilir”.

“Azərişıq” sözçüsü deyir ki, artıq elektrik enerjisinin kəsilməsi ilə bağlı şikayətlər barmaqla sayılacaq qədərdir, çünki hər evə fasiləsiz işıq verilməsi üçün infrastruktur yenilənib. O, ara-sıra, neçə saatlığa elektrik enerjisinin verilməsində fasilələr olduğunu etiraf edir, amma bunu təmir işlərinə bağlayır. Bir də:

“İşçilərimiz təhlükəsiz şəraitdə işləsin deyə, elektrik enerjisinin verilişi dayandırılır”.

Buna da bax:​ İşıq sönür - Mirzənin çörəyi təndirdə qalır

Tanrıverdi Mustafayevin sözlərinə görə, enerji təsərrüfatına dövlət büdcəsindən də investisiya ayrılsa da, “Azərişıq” ölkə boyunca yenidənqurma işlərini daxili imkanları hesabına aparır.

“Keçmiş polis rəisləri işıq idarələrinə müdir qoyulanda…”

Nazim Məmmədov
Nazim Məmmədov

Keçmiş millət vəkili Nazim Bəydəmirlinin fikrincə, dövlət büdcəsindən və digər mənbələrdən elektrik enerji təsərrüfatına ayrılan külli miqdarda vəsaitə ölkənin elektrik infrastrukturunu lap sıfırdan qurmaq, əhalini keyfiyyətli və fasiləsiz elektriklə təmin etmək olardı. O vurğulayır ki, işıq pulunun ödənişi ilə bağlı problem, o cümlədən, “elektrik oğurluğu” müşahidə edilməsə də qoyulan investisiya xərcləri özünü doğrultmur: “Bəzi bölgələrdə, bəzən, günlərlə işıq olmur. Məsələn, Gədəbəyin elə kəndləri var ki, 10 gündür işıqsızdır. Bir balaca qar yağınca, işıqlar keçir. Bakının ortasında da işıq keçir”.

Nazim Bəydəmirli düşünür ki, Azərbaycanda hələ də işıq probleminin mövcudluğu korrupsiyadan və qeyri-peşəkarlıqdan qaynaqlanır. O deyir ki, yerlərdə elektrik enerjisi təsərrüfatlarını keçmiş polis rəisləri, tikintidə isə adi iş icraçıları idarə edir və qeyri-peşəkar idarəçilik öz mənfi təsirini göstərir.

Buna da bax:​ Xəstəxanada işıq söndüyündən 2 körpənin öldüyü deyilir

Nazim Məmmədov: 'Azərbaycanda hələ də işıq probleminin mövcudluğu korrupsiyadan və qeyri-peşəkarlıqdan qaynaqlanır'
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00
Direct-ə keçid

Yerli mal

Söhbət etdiyimiz ekspertlər ölkənin elektrik enerjisi təsərrüfatına qoyulan dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı şəffaflığın olmadığını, qurumların açıqladığı maliyyə və fəaliyyət hesabatının daha çox ümumi xarakter daşıdığını hesab edirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG