Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:06

«Azərinşaat»ın fəhlələri yenə maaş ala bilmir


►“Əvvəl şirkətin hesabında pul yox idi, amma indi var. Buna baxmayaraq maaşımızı ödəmirlər. Biz haqqımızı istəyirik”

Bu sözləri AzadlıqRadiosuna bir neçə aydır ödənilməyən əmək haqlarını tələb edən «Azərinşaat»ın işçilərindən biri- Elməddin Ələkbərov deyib.

Yanvarın 25-də şirkətin əmək haqlarını ala bilməyən bir qrup işçisi idarənin önünə toplaşıb.

E. Ələkbərov “Azərinşaat”ın ona 1300 manat borclu olduğunu deyir:

“3 aydır maaş vermirlər. Təxminən 700 nəfərdən çox işçi əmək haqqını ala bilmir. Onların içərisində müqavilə müdəti bitmiş işçilər də, sürücülər də, mərkəzi ofisdə işləyənlər də var. Hazırda bizim hesabımızda pul var. Bilmirik ki, şirkətin direktoru hansı səbəbdən pullarımızı vermir”.

Deyir, 4 aydı ofisə gəlib-gedir:

“2 gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Prezident Adminstrasiyasına getdik. Nazirlikdən dedilər ki, 2 gün müddətinə maaşlarınız veriləcək. Adminstrasiyada isə bildiridilər ki, 1 həftə ərzində şikayətimizə baxılacaq. Biz də gözləyirik görək necə olacaq”.

Şikayətçi deyir ki, işçilərin içərisində müxtəlif rayonlardan gələnlər var:

“Şirkətdən bəzisinin 500, bəzisinin 2 min, bəzisinin də 1200 manat alacağı var. Hətta, çoxu rayondan gələ bilməyib. Sabah bir qrup işçi də bizə qoşulacaqlar”.

Buna da bax: Polisin vətəndaşı xırda pozuntuya görə həbs etmək səlahiyyəti alınır

Onun sözlərinə görə, hazırda elə qeyri-müəyyən vəziyyədədirlər ki, bilmirlər indi işləyənlər əmək haqqı ala biləcəklər ya yox.

«Azərinşaat»da sürücü işləyən Vüqar İsmayılov deyir ki, o hər gün işə gedir:

“4 aydır mən hər gün işə gedib-gəlirəm. Gəlməyəndə də deyirlər ki, “niyə bu gün işə gəlməmisən” 1 saat geciksək o dəqiqə işdən çıxararlar. Saat səhər 9-dan axşamt 6-ya kimi işləyirəm”.

Fəhlələrin müraciətindən sonra Nazirliyin Asəf adlı sözçüsü yanvarın 25-də idarəyə gəlib. O, işçilərlə görüşüb və onlara deyib ki, şirkətin rəhbərliyi ilə danışılıb. Bildirilib ki, tabel ofisdə təsdiqlənib gedəcək. Bankın da sənədlərinə orada imza atıb verəcəklər və işçilərin əmək haqları paylanacaq.

Qeyd edək ki, «Azərinşaat»ın işçiləri tez-tez bu cür vəziyyətlə qarşılaşırlar. Onlar sonuncu dəfə ötən ilin oktyabrında maaşlarını ala bilmədikləri üçün aksiya etmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG