Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:29

-

Nazirlər Kabineti «AzerGold» Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsini və strukturunu təsdiq edib.

Bu haqda Nazirlər Kabinetinin saytı xəbər verir.

Baş nazirin imzaladığı qərara əsasən, «AzerGold»un nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 manat olan 2 milyon səhm əsasında formalaşdırılıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.

Yeni təsdiqlənən nizamnaməsinə görə, hökumət evində oturacaq «AzerGold»un əsas məqsədi əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunmasıdır.

Bundan başqa, yeni qurum bu sahədə yeni texnologiyaların tətbiqinə, maddi-texniki bazanın müasirləşdirilməsinə məsul olacaq.

«AzerGold»un əsas fəaliyyət istiqaməti faydalı qazıntı ehtiyatları ilə bağlı olmalıdır. Cəmiyyət bu sahədə metal filizi yataqlarını öyrənəcək, tədqiq edəcək, kəşfiyyat aparacaq, işləyəcək və idarə edəcək.

Cəmiyyəti İqtisadiyyat Nazirliyinin formalaşdırdığı Müşahidə Şurası idarə edəcək.

Ölkə başçısı «AzerGold» QSC-nin yaradılması barədə 2015-ci ilin fevralında sərəncam imzalamışdı.

Azərbaycanda əlvan metallar əsasən Gədəbəy və Naxçıvan Muxtar Respublikasında istismar edilir. Belə yataqların Kəlbəcər rayonunda olduğu bildirilir. Ancaq Ermənistan silahlı bölmələri 1993-cü il aprelin 2-də Kəlbəcər rayonunu işğal etdiyindən, Azərbaycan həmin yataqları istismar edə bilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG