Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:44

Azərbaycanın nə qədər milli sərvəti olduğu hesablanıbmı?


Azərbaycanın qzıl yataqları
Azərbaycanın qzıl yataqları

DSK 2013-cü ildən dən hesablamağa başlayıb

Dövlət Statistika Komitəsi (DSK) «2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı» çərçivəsində Milli hesablar sistemində aktiv və passivlər balansı göstəricilərinin təkmilləşdirilməsinə çalışır. Hamıya anlaşıqlı dilə çevrilsə, bu, ölkənin sahib olduğu sərvətlərin beynəlxalq praktikaya uyğun hesablanması mənasına gəlir.

DSK-da AzadlıqRadiosu-na deyiblər ki, istehsal olunmayan qeyri-maliyyə aktivlərinin - yeraltı təbii sərvətlərin, torpaq, meşə və su ehtiyatlarının hesablanması üçün müəyyən iş görülüb. Ancaq qiymətləndirmə ekspertizadan keçmədiyindən, hələlik, açıqlanmır.

Hesablamaların sektoral səviyyədə aparıldığını deyən və kimliyinin bildirilməsini istəməyən DSK əməkdaşlarından biri sözügedən prosesin gələn ildən tez yekunlaşmayacağını da söyləyib.

Buna da bax:​ Rəsmən, varlılar da kasıblar qədər yeyir...

Hamını bir «qazana» salacaqlar

Ölkənin sahib olduğu sərvət dövlət, özəl bölmə və ailə təsərrüfatları üzrə toplu şəkildə qiymətləndiriləcək. Başqa sözlə, sərvətlərə kimlərin daha çox sahibləndiyini ayırd etmək mümkün olmayacaq. Kasıblar əlində olanla bir ovuc imkanlının topladığı sərvəti müqayisə edə bilməyəcək.

Ekspert hesablayıb ki...

İqtisadçı ekspert Rövşən Ağayevin şəxsi araşdırmalarına dayanan hesablamalara görə, Azərbaycanın ölkə daxilindəki milli sərvətinin real dəyəri 250-300 milyard dollar arasındadır. O, bunun 125-130 milyardını özəl biznesə və ev təsərrüfatlarına aid edir. Buraya, şirkətlərin sahib olduğu aktivlər, vətəndaşların bank əmanətləri, daşınar (minik avtomobilləri və s.) və daşınmaz əmlak daxildir.

Buna da bax:​ Manatla da hesablasan, Azərbaycana xarici sərmayə azalır

Azərbaycanın sərvətinin əsas hissəsi ailələrin 5 faizinin mülküdür

Ekspert yazır ki, Azərbaycanda gəlir həcmi baxımından əhali qruplarını təhlil edərkən, ən zəngin 10 faiz qrupunu götürmək doğru deyil, çünki bu, Azərbaycanda 200 min ailə deməkdir:

«Real fəaliyyət göstərən və böyük dövriyyəli biznes obyektlərinin, yüksək qazanca sahib məmur heyətinin sayını təsəvvür etməyə çalışarkən, bu rəqəm 50-100 min civarında, yəni ailə təsərrüfatlarının maksimum 5 faizi qədər ola bilər. Bank depoziti və əmanətlərin müəyyən qrupun əlində cəmləşməsi, bahalı avtomobil parkının miqyası, dəbdəbəli yaşayış evlərinin əhali arasında bölgüsünün təhlili və s. amillər zəngin 5 faizlik «top ailə» haqqında fikir yürütməyə imkan verir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG