Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:18

Azərbaycanlı velosəyyah döyüldü


Yaşar Xudiyev
Yaşar Xudiyev

“Azadlıq üçün pedalla” devizi altında velosipedlə Cənubi Afrikaya yola çıxan azərbaycanlı səyyah və bloqqer Yaşar Xudiyev ‪hücuma məruz qalıb.

“Azadlıq üçün pedalla” devizi altında velosipedlə Cənubi Afrikaya yola çıxan azərbaycanlı səyyah və bloqqer Yaşar Xudiyev ‪hücuma məruz qalıb. O hazırda hospitaldadır. Başına 10 tikiş qoyulub.

“Sol qolum qırılıb. Kürək sümüklərimdə çatlar var, sağ qulağım yarı kardır”, - o, bu haqda bloqunda yazıb.

Yaşar Xudiyevin sözlərinə görə, Kenya sərhədinə 50 km qalmış bir qrup adam ona hücum edərək döyüb, velosipedini, başqa əşyalarını əlindən alıb. Sənədlərini isə yandırıblar.

“Onlar məni cəngəlliyin dərinliyinə öldürmək məqsədiylə apardılar. Ölümcül döydülər və başıma ən azı 10 daş zərbəsi dəydi . Bütün başımı qan içində görüb öldüyümü sandılar”, - yazır velosəyyah.

Yaşar Xudiyev “yarıhuşsuz, ac və başı qanlı” halda ancaq yabanı giləmeyvə yeyərək, çirkli su içərək sağ qaldığını deyir .

Özünü yaxşı hiss edir

“Cəngəllikdən yol tapıb çıxdım və özümü ilk gələn maşının qabağına atdım. Həmin maşın məni qəsəbə hospitalına çatdırdı”.

Yaşar Xudiyev ümumi vəziyyətinin yaxşı olduğunu və səyahətinin başa çatdığını bildirir.

O velosipedlə səfərə ötən ilin mayında çıxıb. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya, Avstriya, İsveçrə, Almaniya, Fransa və İspaniyadan sonra Afrikaya keçib.

Bu, Yaşar Xudiyevin ilk velosəfəri deyil. O iki il öncə - 2014-cü ildə ABŞ-da 45 günə 5000 km məsafəni qət edib. Həmin səfəri həbsdəki NİDA vətəndaş hərəkatının üzvlərinə həsr etdiyini bildirir.

Yaşar Xudiyev ixtisasca jurnalistdir. O ABŞ-da magistratura oxuyub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG