Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:04

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan ilk medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, Olimpiadanın cüdo yarışında Azərbaycanı təmsil edən Rüstəm Orucov (73 kq) yalnız finalda məğlub olub.

Olimpiadada mübarizəyə 1/16 finaldan başlayan Rüstəm Orucov Qazaxıstan təmsilçisi Didar Khamzan-ı məğlub edib.

R.Orucov 1/8 finalda Jake Bensted (Avstraliya) üzərində ipponla qələbə qazanıb.

Azərbaycan idmançısı 1/4 finalda «London-2012» Olimpiya Oyunlarının gümüş mükafatçısı, Macarıstan təmsilçisi Miklos Ungvari-ni məğlub edib.

Yarımfinalda Sagi Muki (İsrail) ilə qarşılaşan R.Orucov görüşü yenə qələbə ilə başa vuraraq finala yüksəlib.

Qələbəyə gedən yoldakı sonuncu sınağında yaponiyalı Shohei Ono-ya uduzan Azərbaycan cüdoçusu XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.

Buna da bax - Azərbaycan olimpiadada neçə qızıl qazana bilər?

25 yaşlı R.Orucov bu il Kazanda keçirilən Avropa çempionatının şəxsi yarışlarında birinci yeri tutub. R.Orucov Beynəlxalq Cüdo Federasiyasının reytinq siyahısında ikinci yerdə qərarlaşıb. O, Olimpiya Oyunlarına lisenziyanı Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlinə əsasən qazanıb.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılışı olub. Yarışlar 17 gün davam edəcək

Rio-de-Janeyroya Azərbaycandan 56 idmançı gedib. Onlardan bəziləri mübarizəni yarımçıq dayandırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG