Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:06

Rusiyanın Ermənistana satdığı silahların siyahısı- [Video]


Naxçıvanda Smerch sistemi, arxiv fotosu
Naxçıvanda Smerch sistemi, arxiv fotosu

►Bu silahların bir çoxu Azərbaycan ordusunda da mövcuddur

Moskva Ermənistana Rusiya silahları almaq üçün 200 milyon dollar həcmində kredit ayırıb.

Məlumatı Rusiya hökumətinin internet portal yayıb.

Razılaşmanın şərtlərinə əsasən, Ermənistan alışın 10 faizini ödəyəcək, qalan hissə isə kreditlə ödənəcək.

10 illik ixrac kreditinə:

Smerch raket sistemləri,

Igla-S zenit kompleksləri,

«Avtobaza-M» radiotexniki kəşfiyyat qurğuları,

TOS-1A ağır odpüskürən sistemlər,

9М113М idarəolunan raketləri,

RPQ-26 qumbaraatanları,

Draqunov snayper tüfəngləri,

"Tiqr" zirehli avtomobilləri,

mühəndis və rabitə qurğuları

daxildir.

Ermənistanı silahla təchiz edən əsas ölkə Rusiyadır. Ermənistanın Gümrü bazasında Rusiyanın 3 min əsgəri var.

XS
SM
MD
LG