Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:11

Azərbaycanda qazanc mədəyə gedir


Bakıda bazar
Bakıda bazar

-

«ABŞ-ın Vaşinqton Dövlət Universitetinin tədqiqatının nəticələrinə görə, Azərbaycan əhalisi illik gəlirlərinin 48.5 faizini ərzağa xərcləyir».

Hazırda ABŞ-da yaşayan iqtisadçı-alim Qubad İbadoğlu bu fikirləri özünün Facebook səhifəsində bölüşüb.

Q.İbadoğlu dünyada ərzağa ən az pul xərcləyən ölkələrin ilk onluğunu belə sıralayır: «ABŞ (6.8 faiz), İrlandiya (7.1 faiz), Sinqapur (8.1 faiz), Böyük Britaniya (8.9 faiz), Kanada (9.1 faiz), Almaniya, Hollandiya, Danimarka (11.4 faiz), İsveçrə (11.6 faiz) və Finlandiya (12.1 faiz) .

Dünya üzrə illik gəlirlərini ərzağa ən çox xərcləyən ölkə isə Azərbaycandır.

Azərbaycanın başçılıq etdiyi siyahıda sonrakı yerləri isə bu ölkələr tutur: Pakistan (45.4 faiz), Keniya (44.9 faiz), İndoneziya (44.1 faiz), Belarus (44 faiz), Əlcəzair (43.8 faiz), Gürcüstan (42.3 faiz), Mərakeş (40.3 faiz), Nigeriya (40.1 faiz), Vyetnam (38.5 faiz).

İqtisadçı yazır: «İllik gəlirlərin ərzağa daha çox xərclənməsi gəlirlərin səviyyəsi aşağı, ərzaq qiymətləri baha olanda baş verir. Azərbaycan III qrupa aid edilir».
Q.İbadoğlu bununla ölkədə ərzağa daha çox maliyyə vəsaiti xərclənməsinin səbəblərini göstərir.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə muzdla işləyənlərin orta aylıq əməkhaqqı 466.4 manat olub. Bu, 291.5 ABŞ dollarına bərabərdir.

2016-cı ilin yanvarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak məhsulları və xidmətlərin qiymətlərinin 13.6 faiz bahalaşdığı bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG