Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:37

«ABŞ güclü, müstəqil, demokratik dövlət kimi Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətindədir».

Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta bu ölkənin Müstəqillik Gününün 240-cı ildönümünə həsr olunan mərasimdə bildirib.

Səfir yada salıb ki, ABŞ 1991-ci ildə Azərbaycanın müstəqilliyini dəstəkləyib.

«Müstəqillik illərində iki ölkə arasında əlaqələr fəal surətdə inkişaf edib. Həm Azərbaycan, həm də Amerika hərbçiləri Əfqanıstanda, Kosovoda, İraqda sülhyaratma missiyalarında iştirak ediblər. 1993-cü ildən ABŞ Azərbaycana 1.3 mlrd. dollar həcmində yardım ayırıb».

R.Cekuta vurğulayıb ki, bu ilin martında Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-a səfəri iki ölkə arasında əlaqələrin inkişafına töhfə verib.

Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti şərh edən səfir son aylar bu yöndə «irəliləyiş» olduğunu qeyd edib.

«Ümid edirik ki, Azərbaycan bu yöndə irəliləməkdə davam edəcək», - səfir vurğulayıb.

O deyib ki, ABŞ Azərbaycanla təhlükəsizlik, iqtisadiyyat və insan hüquqları sahəsində əməkdaşlıq edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG