Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:12

-

Bu gün – aprelin 29-da Milli Məclisdə Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun ötən il üzrə illik hesabatı dinlənib.

«Report»un xəbərinə görə, hesabatı daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə milli koordinator Vilayət Eyvazov açıqlayıb.

O, hesabat ilində «Qaynar xətt» telefon xidmətinə daxil olan 13 mindən çox müraciətin araşdırıldığını və tədbir görüldüyünü bildirib.

İNSAN ALVERİ VƏ QANUNSUZ İŞLƏTMƏLƏR 22 FAİZ ÇOXALIB

Milli koordinator ötən il əvvəlki illərlə müqayisədə ölkədə insan alveri və məcburi işlətmə hallarının 22 faiz artmasına diqqət çəkib: «108 insan alveri, 8 məcburi əmək və sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanıb. Bu əməllərə görə, 38 şəxs (33 qadın, 5 kişi) cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrup vəbir mütəşəkkil dəstə zərərsizləşdirilib».

Milli koordinator deyib ki, həmin cinayətlərdə təqsirli bilinib, axtarışa verilən 27 şəxsdən 9-u tutularaq istintaq və məhkəmə orqanlarına təhvil verilib:

QURBANLARDAN 51 NƏFƏRİ SIĞINACAĞA YERLƏŞDİRİLİB

«Müəyyənləşən 63 qurbandan (57 qadın, 6 kişi) 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb. 14 nəfər, o cümlədən 7 əcnəbi isə ölkə daxilində istismara məruz qalıb. Qurbanlardan 51-i sığınacağa yerləşdirilib, hər birinə zəruri yardım göstərilib və təhlükəsizlikləri təmin edilib. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilib, 42 nəfərə Kömək Fondu maddi yardım göstərib, 22 nəfər işlə təmin olunub və 31 nəfər peşə kursuna göndərilib».

HESABAT QƏBUL EDİLİB

V.Eyvazov bunu daəlavə edib ki, ötən il Azərbaycanda 450 azyaşlının küçə həyatına düşdüyü, dilənçiliyə və qanunsuz qulluğa cəlb edildiyi üzə çıxıb.

Parlament hesabatı qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG