Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:21

30 ilin müəllimi ən yüksək maaş – 450 manat alanda... [video]


Müəllimin maaşını qaldırmaq üçün nələr etmək olar?
Gözlə

No media source currently available

0:00 0:15:45 0:00

Müəllimin maaşını qaldırmaq üçün nələr etmək olar?

Müəllimlərin ayın sonundakı maaş gözləntiləri

Yeni dərs ili başladı, bu gün - sentyabrın 15-də illərin təcrübəsinə baxmayaraq əksər müəllimlər də şagirdləri kimi ilk günün həyəcanını, sevincini yaşayıblar.... Amma... Amma həm də qayğılıdırlar.... Görülən işin, çəkilən zəhmətin, yükün ağırlığına baxmayaraq, ayın sonunda alacaqları maaşı – necə deyərlər, min bir yerə bölüşdürməyin qayğısı....

Ölkədə müəllimlərin maaşı demək olar ki, hər ilin əvvəlində təxminən 10 faiz artırılır. Ötən ilsə ölkə rəhbəri sərəncam verib ki, müəllimlər imtahandan keçsinlər, daha savadlı olan, daha çox maaş alsın... İmtahandan keçən müəllimlərin dərs yükü 1,5 dəfə, əməkhaqqı isə 2 dəfə artırıldı. İndi bu ali təhsilli müəllimlərin dərs yükü 18 saat olmaqla pedaqoji stajından asılı olaraq aylıq əmək haqqı 350-450 manat arasındadır. Qiymətləndirmədən keçməyənlərinsə orta aylıq əmək haqları təxminən 200 manat civarındadır.

Buna da bax:​ Azərbaycan müəlliminə niyə belə az maaş verir? (Fotoqalereya)

30 ilin müəllimi ən yüksək maaş – 450 manat alanda...

«Hətta 450 manat maaşın yetmədiyi halda təxminən 200 manat civarında maaş alan müəllim necə dolansın?»

Hətta 450 manat maaş alan müəllim bu pulla aylıq zəruri xərclərini ödəyə bilirmi? 30 ildir müəllimə çalışan Dilşad Nağıyeva qiymətləndirmə imtahanından müəllimlərdəndir, göstərdiyi nəticəyə və stajına görə ən yüksək - 450 manat maaş alır. Deyir ki, bu pul ən zəruri xərclərini çox çətinliklə qarşılayır. Onu da deyir ki, müəllimlərin qiymətləndirilmə imtahanı başlayanda çox ümidlənmişdi, inanırdı ki, maaşı hələ bundan sonra da artacaq və ən azından normal yaşayışını təmin edəcək, amma...

"Daha sonra attestasiya və sertifikasiya məsələləri gəlirdi. Yəni heç olmasa öz işinin öhdəsindən gələ bilməyən müəllimlər işdən çıxarılardı, digər müəllimlərə işləməyə şərait yaranardı, müəllimlər arasında rəqabət olardı. İndi işləyən müəllim də, işləməyən də eyni maaşı alır. Attestasiya da o idi ki, yaxşı və pis müəllim dərəcələrə bölünəcəkdi, yəni yaxşı maaş istəyirsə get imtahan ver, dərəcəni yüksəlt və yaxşı maaş al. Amma bu olmadı".

«Bütün ölkədə deyil, yalnız Bakı şəhəri və 13 bölgə məktəblərində çalışanlar bu cür qiymətləndirmədən keçib».

Müəllimlərdən indi daha savadlı olan, daha çox maaş alırmı?

Ekspertlər müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin bu bir il ərzində lazımi səviyyədə həyata keçirilmədiyini deyir. Yəni bütün ölkədə deyil, yalnız Bakı şəhəri və 13 bölgə məktəblərində çalışanlar bu cür qiymətləndirmədən keçib. Prosesin hazırda nə yerdə olduğu, bütün ölkə üzrə tətbiqi ilə bağlı suallarımız açıq qalır, çünki gün ərzində təhsil nazirliyi ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmayıb. İqtisadçı ekspert Rövşən Ağayevsə, hətta bu sınaqdan keçmiş müəllimlərin real maaş artımının 2 dəfə deyil, hər dərs saatına görə 30 faizdən də az olduğunu deyir. Çünki artan təkcə maaş yox, həm də dərs yüküdür.

Buna da bax:​ Müəllimlərin sehrli maaş artımı…

«Bu sınaqdan keçmiş müəllimlərin real maaş artımı da 2 dəfə deyil, hər dərs saatına görə 30 faizdən də azdır...»

Azərbaycanda 150 minə yaxın müəllim var. Onların 29 minə yaxını Bakıdadır. Sərəncam verilən zaman Təhsil nazirliyi bilik səviyyəsinə görə əmək haqqı artırılan müəllimlərin 30 minə yaxın olacağını açıqlamışdı.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu isə sual edir ki, bəs digər 100 mindən çox müəllimin aqibəti necə olsun? Ekspert deyir ki, devalvasiyanı, ölkədə ərzaq və digər məhsulların qiymət artımını nəzərə alsaq hətta 450 manat maaşın yetmədiyi halda təxminən 200 manat civarında maaş alan müəllim necə dolansın? onun fikrincə, məhz maaş amili təhsilin səviyyəsinə də ciddi zərbə vurmuş olur, təhsildə korrupsiyanı artırır. Və əgər hərtərəfli islahatlar aparılmasa, nə təhsilin səviyyəsi yüksələr, nə də müəllimin güzəranı yaxşılaşar.

Ölkədə təhsil islahatından əvvəl siyasi islahatlar aparılmalıdır

"Ölkə başçısı siyasi iradə göstərməlidir. Ölkədə siyasi islahatlar aparılmalıdır, bu olmadan təhsildə də islahat aparmaq olmaz. Azərbaycanda təhsildə də monopoliya var. Təhsildə də rəqabət mühiti olmalıdır. Rəqabət mühiti olsa, heç kimin məvacibini nə artırmaq, nə də azaltmaq lazım gələr. Bazar şəraitində hər kəs öz maaşını artıra da bilər, azalda da".

Buna da bax:​ Gürcüstanda maaş və pensiyalar ciddi artırılır- Azərbaycandan fərqli olaraq

«Dünya ölkələri ilə müqayisədə Azərbaycan müəllimləri ən az maaş alanlar sırasındadır».

İqtisadi Təşəbbüslərə yardım ictimai birliyinin rəhbəri Azər Mehdiyev də hərtərəfli tədbirlər görülməsini vacib sayır, deyir xüsusən təhsilin maliyyələşdirilməsində lazımi islahatlar aparılmalıdır.

Dövlət büdcəsinin təhsillə bağlı xərclərinin məhdudlaşdırılmasına yol vermək olmaz. çünki təhsil cəmiyyət üçün ən önəmli olandır. Müəllimlərin əmək haqlarının ciddi şəkildə artırılmasına ehtiyac var. Məsələn, məktəb müəllimi bu gün minimum 1000-1500 manat civarında əmək haqqı almalıdır. Bundan başqa məktəblərin maliyyə müstəqilliyini təmin etmək lazımdır.

Dünya ölkələri ilə müqayisədə Azərbaycan müəllimləri ən az maaş alanlar sırasındadır. Məsələn, xarici mətbuatın yazdığına görə qonşu Rusiyada müəllimin aylıq maaşı 500-2000 dollar arasında, Türkiyədə isə 1200-2000 dollar arasında dəyişir. Ermənistan və Gürcüstanda isə müəllimlərin orta aylıq əmək haqqı 200 dollar civarındadır. İnkişaf etmiş ölkələrdəsə, məsələn ABŞ və Almaniyada müəllimlər hər ay orta hesabla 3 min dollar, İngiltərədə 5 min dollar, Fransada 1100 dollar civarında maaş alırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG