Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:46

Nazir müavini: 'Azərbaycanda dərmanların qiyməti 2-3 dəfə enib'


Aptek

Aptek

Ötən ay dərmanların qiymət indeksi açıqlanmayıb

Səhiyyə nazirinin müavini Elsevər Ağayev sentyabrın 19-da deyib ki, Səhiyyə Nazirliyinin Tarif Şurasıyla ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycanda dərmanların qiyməti 2-3 dəfə enib. Onun sözlərinə görə, dərmanların bütövlükdə 90 faizinin qiyməti ucuzlaşıb. Nazir müavini ucuzlaşmanı aramsız və tamamlanmayan proses adlandırıb. Onun sözlərinə görə, qeydiyyatdan keçirilən hər yeni dərman preparatının qiymətini Tarif Şurası müəyyənləşdirəcək.

Buna da bax:​ Tarif Şurası dərmanların qiymətinə baxır

DSK, iyul ayından fərqli olaraq, avqust ayının nəticələrində dərmanların qiymət indeksini verməyib.

Tarif Şurasının son məlumatına görə, dövlət qeydiyyatına alınmış 9 min 850 dərman vasitəsi sentyabrın 1-dən təsdiqlənmiş qiymətlərlə satışdadır.

DSK 7 ayda 33,9 faiz bahalaşma qeydə alıb

Nazir müavinin söylədikləri Dövlət Statistika Komitəsinin (DSK-nın) məlumatlarında təsdiqini tapmalıdır. Ancaq təəssüf ki, DSK, iyul ayından fərqli olaraq, avqust ayının nəticələrində dərmanların qiymət indeksini verməyib. Bu ilin 7 ayının nəticələrinə görə isə, dərmanların qiyməti 33,9 faiz bahalaşıb. DSK-nın məlumatlarından görünür ki, həmin müddətdə tibbi təyinatlı digər gərəklərin qiyməti 24 faiz artıb. Ekspertlər burdan o nəticə çıxarırlar ki, qiyməti uçuşlasan dərmanların sayı azdır. Axı dərmanların əksəriyyətində azalma olsaydı, DSK artım qeydə almazdı. Ekspertlər Tarif Şurasının tənzimləməzdən öncəki qiymətləri də açıqlamasını istəyir.

Buna da bax:​ Dərmanlar ucuzlaşmayıb?

Son 5 ildə dərmanların bahalaşma faizi

Səhiyyə nazirinin müavini Elsevər Ağayev: 'Dərmanların bütövlükdə 90 faizinin qiyməti ucuzlaşıb'.

Bu il dərmanların ən çox bahalaşdığı il kimi də yadda qala bilər, çünki dərmanlar - 2011-ci ildə 0,3 faiz;

2012-ci ildə - 0,6 faiz;

2013-cü ildə də - 0,4 faiz; 2014-cü ildə - 0,1 faiz;

2015-də - 2,1 faiz və

2016-cı ildə (7 ayın nəticələrinə görə) - 33,9 faiz bahalaşıb.

Buna da bax:​ Azərbaycan dərman istehsal edəcək

2014-cü il dekabrın 16-da “Dərman vasitələri haqqında” qanuna dəyişiklik edilib və dövlət qeydiyyatına alınmış dərman vasitələri qiymətlərinin dövlət tənzimlənməsi başlanıb. Nazirlər Kabinetinin 2015-ci il 14 aprel qərarına əsasən, belə dərman vasitələrinin qiymətləri (tarifləri) dövlətin tənzimlədiyi malların (işlərin, xidmətlərin) siyahısına daxil edilib.

XS
SM
MD
LG