Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:05

90-lara qayıdış: Kim əlinə nə keçdi, satır...


Bakıda ikinci əl malların satışı. 23.09.2016
Bakıda ikinci əl malların satışı. 23.09.2016

25 il öncəki durum qayıdır

İndi istənilən növ ikinci əl məhsulunun satışı çoxalıb. Bura musiqi alətləri də daxildir.

“O vaxt 1 saylı musiqi məktəbinə gedir, tar sinfində oxuyurdum. Bu tar 50 ilə yaxındır məndədir. İndi ehtiyacım var, ona görə satıram. Satıram ki, heç olmasa, başqa işlərimi düzəldim. 500 manata satıram. İstəyən alar, mənə də kömək olar”.

Biri tarını satır...

Satanlar: 'Bu tar 50 ilə yaxındır məndədir. İndi ehtiyacım var, ona görə satıram'
Gözlə

No media source currently available

0:00 0:00:23 0:00
Elvin Məmmədov də pianosunu bir il əvvəl 350 manata alıb, indi “pul lazımdır” deyib 250 manata satır

Əlindəki tarı musiqi alətləri satılan mağazaya gətirib. Özü demiş, uşaqlıq dostunu. Deyir, ilk dəfə atası onu tar sinfinə yazdırıb bu tarı alanda, sevinci aşıb-daşırmış. Taleyə bax ki 60 yaşlı Ərəstun Məmmədov 50 illik tarını satmaq məcburiyyətindədir. Deyir əl işidir, qiymətlidir, nə qədər olmasa, 50 ilin tarıdır və yəqin ki, 500 manata alan tapılar. O da borcunun bir hissəsini bununla ödəyər. Ərəstun kişi başqa heç nə deyə bilmir, gözləri dolur. Mağazanın satıcısı əvvəlcə razılaşmır və burada daha çox təzə malların satıldığını söyləyir, amma... Amma sonra fikrini dəyişərək, tarı satışa çıxarmağa razılaşır. O da tarını mağazada qoyub tələsik uzaqlaşır.

Bakıda ikinci əl musiqi alətlərinin satışı. 23.09.2016
Bakıda ikinci əl musiqi alətlərinin satışı. 23.09.2016

Buna da bax:​ Devalvasiyadan sonra ev əşyalarını satanlar artıb

Biri pianosunu...

Taleyə bax ki 60 yaşlı Ərəstun Məmmədov 50 illik tarını satmaq məcburiyyətindədir.

Elvin Məmmədov də pianosunu bir il əvvəl 350 manata alıb, indi “pul lazımdır” deyib 250 manata satır:

“Ucuz satıram ki, alan olsun, vacibdir”.

Son vaxtlar satışa çıxarılan işlənmiş mallarla bağlı elanlar arasında musiqi alətlərinə də çox rast gəlinir. Adamlar vaxtilə aldığı sevimli musiqi alətini satırlar. Biri ev boşalsın deyə, o biri istifadə olunmadığından satır, bir başqası da deyir ki, “ehtiyacım var, ona görə satıram”.

Vaqif Hüseynov: 'Sintezatorlar 250 manatdan başlayır. Gitaralar 80-150 manat arasında olur. Pianolar lap ucuzdur'
Gözlə

No media source currently available

0:00 0:00:51 0:00

Alsat.az saytının rəhbəri Vaqif Hüseynov satışa çıxarılan işlənmiş mallar arasında musiqi alətlərinin də əhəmiyyətli yer tutduğunu söyləyir:

Bakıda ikinci əl malların satışı. 23.09.2016
Bakıda ikinci əl malların satışı. 23.09.2016

Son vaxtlar satışa çıxarılan işlənmiş mallarla bağlı elanlar arasında musiqi alətlərinə də çox rast gəlinir.

Ən çox satışa çıxarılan gitara və sintezatorlardır

“İndi istənilən növ ikinci əl məhsulunun satışı artıb. Musiqi alətləri də o cümlədən. Ən çox satışa çıxarılan akustik gitaralardır. Müxtəlif növ sintezatorların da elanları çox verilir. Qiymətlərə gəlincə, elə də baha olmur. Sintezatorlar 250 manatdan başlayır. Gitaralar 80-150 manat arasında olur. Pianolar lap ucuzdur. Peşəkar qarmonların qiyməti isə 350-400 manatdan başlayır, ta min manatadək çıxır”.

Buna da bax:​ Satıcı: "Satmağa medal gətirənlər çoxalıb"

Min manata alınan piano 250 manata satılırsa...

"Evdə olan, pula gedən əşyaların satılması böhran dövrünə xas özəllikdir..."

“Güzəran” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, evdə olan, pula gedən əşyaların satılması böhran dövrünə xas özəllikdir. Musiqi alətləri də həmişə böhran dövründə satışa çıxarılan əşyalardan olub:

Qadir İbrahimli: 'Evdə olan, pula gedən əşyaların satılması böhran dövrünə xas özəllikdir'
Gözlə

No media source currently available

0:00 0:00:50 0:00

“Adamların iqtisadi sabitlik dövründə aldığı əşyanı yoxsulluq dövründə satmaq istəməsi təbiidir. Bu böhran dövrünün ənənəvi tendensiyasıdır. 90-cı illərin əvvəllərində də indiki kimi idi. Adamlar musiqi alətlərini, qızıllarını, mebellərini, məişət texnikasını ellikcə satırdı. Burda ciddi gəlirlərdən yox, bəlli bir dövrdə müəyyən vəsait əldə etməkdən söhbət gedir.

60 yaşlı Ərəstun kişi tarını mağazada qoyub sürətlə uzaqlaşır.

Məsələn, sabitlik dövründə min manata alınan piano 250-300 manata - bazar qiymətindən 2-3 dəfə aşağı satılırsa, bu, güzəranın ağırlığından xəbər verir”.

60 yaşlı Ərəstun kişi tarını mağazada qoyub sürətlə uzaqlaşır. Ancaq qapıdan çıxandan sonra qayıdıb şüşədən vitrinə baxır. Deyəsən, 50 illik dostundan ayrılmaq o qədər də asan deyildi...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG