Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:41
U.K. -- Reigning world chess champion Garry Kasparov ponders over his next move 31 October 2000, at the Hammersmith Riverside Studios during the crucial 14th match.
U.K. -- Reigning world chess champion Garry Kasparov ponders over his next move 31 October 2000, at the Hammersmith Riverside Studios during the crucial 14th match.

AzadlıqLive -Azərbaycanlı şahmatda dünya çempionu oldu

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyə bilərsiz

13:25 2.11.2015

Seçkidən sonrakı dava

«İnsan ləyaqətlə qalib gəlib, ləyaqətlə məğlub olmağı bacarmalıdır».

Bunu AzadlıqRadiosuna Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Araz Əlizadə deyib.

O, bu dairədən bundan öncə deputat olmuş Ümid Partiyasının sədri İqbal Ağazadənin iddialarını əsassız sayır. İqbal Ağazadə mətbuata təqdim etdiyi protokollar üzrə özünün qalib gəldiyini, seçkinin saxtalaşdırıldığını iddia edir.

Araz Əlizadə deyir ki, seçki protokolları onda da var:

13:30 2.11.2015

Arif Hacılı: Əli Həsənovun dediyini necə başa düşmək olar?

Müsavat Partiyasının başqanı Arif Hacılı özünün«facebook» səhifəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun seçkilərlə bağlı fikirlərinə münasibət bildirib. Arif Hacılı yazır:

«Əli Həsənovun «Bu seçkilərdə xalqın iradəsini göstərmək istəyirik» - deyimini belə başa düşmək olar:
-xalqın say-seçmə nümayəndələrini həbsxanalarda saxlayacağıq;
- xalqın nifrət etdiyi 125 nəfəri deputat elan edəcəyik;
- heç 10 faizin də iştirak etmədiyi seçkiləri xalqın əksəriyyətinin gəlib bu 125 nəfəri seçdiyini deyəcəyik;
- bundan sonra da milli sərvətləri qarət edib xalqa qul kimi baxacağıq;
Xalq da bütün bunlara qarşı möhtəşəm dözümlülük nümayiş etdirərək susacaq».

13:32 2.11.2015

Pənah Hüseyn və qohumları polisə çağırılıb

Bu barədə Pənah Hüseyn özü məlumat verib. P.Hüseyn Sabirabaddan zəng edərək bildirib ki, onun özündən və bir qrup qohumundan şikayət olduğu əsas gətirilərək rayon polis şöbəsinə çağırılıblar: «Bunu seçkilərin nəticəsindən şikayət etməməyim üçün təzyiq vasitəsi hesab edirəm. Məsələyə müdaxilə edilməsi üçün respublika rəhbərliyinə müraciət edirəm».

Pənah Hüseyn AZADLIQ-2015 seçki blokundan 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən namizədliyini vermişdi.

O, hələ noyabrın 1-i axşam saatlarında bildirdi ki, seçkinin nəticələri ilə bağlı müşahidəçilərinin məntəqələrdən aldığı protokolların göstəriciləri ilə həm DSK-ların, həm də MSK-nın göstəriciləri uyğun gəlmir. Bu da seçkilərin total saxtakarlıq şəraitində keçirildiyini göstərir.

13:41 2.11.2015

Müsavat seçkilərin nəticələrinin ləğvini tələb edir

«Seçki komissiyaları tamamən hakimiyyətin əlinin altındadır və ölkədə demokratik siyasi mühit mövcud deyil».

Müsavat Partiyasının başqanı Arif Hacılı parlament seçkilərinin nəticələri ilə bağlı noyabrın 2-də keçirdiyimətbuat konfransında belə deyib.

Arif Hacılı budəfəki parlament seçkilərini son 15 ildə ən uğursuz seçki adlandırıb, seçici fəallığının reallıqda 10 faiz təşkil etdiyini deyib:

«Müsavat Partiyasının seçkilərə 73 namizədliyi irəli sürülsə də, yalnız 25-nin namizədliyi qeydə alınıb.

Davamı

XS
SM
MD
LG