Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 01:37
 Zamin Hacı
Zamin Hacı

AzadlıqLive - Zamin Hacı: Yusif peyğəmbər yuxusunda görməzdi ki...

Xəbərlər yenilənir

13:37 21.9.2015

Həbslər Beynəlxalq Bankın keçmiş və indiki məsullarına keçdi

APA-nın məlumatına görə, Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürərək vəsaitləri qaytarmayan bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları - Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Beynəlxalq Bankın Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest” SC-nin direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov həbs olunublar.

13:49 21.9.2015

Məşhur aktyor Steven Seagal Bakıdadır

Hollivudun məşhur ulduzu, aikido ustası Steven Seagal Bakıya gəlib. Onun Bakıda çəkilən fotoları sosial şəbəkələrdə yerləşdirilib. Sosial media xəbərləri əsasında Qafqazinfo məlumat verir ki, Bakı Crystal Hall-da olan qonaq aikidoçulara məşq də edib.

Hollivud ulduzunun səfərinin məqsədi isə bəlli deyil.

15:01 21.9.2015

İlin sonuna Qarabağda irəliləyiş

Politoloq Qabil Hüseynli Qarabağ probleminin həllində ilin sonuna irəliləyiş gözləyir. Onun fikrincə, beynəlxalq təhlillərdə bu münaqişənin həllində yaxın vaxtylarda dönüş ola biləcəyi fikirlərinə ciddi əsaslar var.

Ancaq politoloq AzadlıqLive-a onu da deyir ki, əgər ilin sonuna bir irəliləyiş , dönüş olmasa, problem yenə illərlə həll olunmamış qala bilər.

"İrəliləyiş" deyəndə isə söhbət 7 rayonun azad olunmasından gedir.

Bəs Rusiya əvəzində Azərbaycandan nə istəyə bilər? Hətta Qarabağ naminə Gömrük ittifaqına, Avrasiya Birliyinə Azərbaycan gedərmi?

Qabil Hüseynli cavab verir ki, "niyə də getməsin? Əgər qansız-qadasız torpaqları geri ala bilirsə.. Bundan başqa, bu ittifaqlar, birliklər SSRİ-dən də möhkəm olmayacaq ki..." Politoloqun fikrincə,bu birliklər onsuz da vaxt gələcək, yox olub-gedəcək. Ətraflı burada

Gözlə

No media source currently available

0:00 0:06:29 0:00
Direct-ə keçid

16:48 21.9.2015

Bu il Gürcüstandan gətirilən maşınlar 5 dəfə azalıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstandan Azərbaycana 51 mln. 237,8 min dollar dəyərində 2 844 minik avtomobili ixrac olunub.

Bu barədə “APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Gürcüstandan gətirilən maşınlar ötən ilin analoji dövrü ilə müqayisədə 4,85 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 3,55 dəfə azalıb.

Davamı

XS
SM
MD
LG