Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:47

AzadliqLive -"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

Azərbaycanda və dünyada baş verən xəbərləri AzadliqLive-də izləyin


Səfər Əbiyev Pentaqonda

Səfər Əbiyev Pentaqonda

21:04 23.10.2015

Bu günki AzadlıqLive-da :

Seçkiyə 1 həftə qalır, seçki əhvalı yoxdur. "Əvvəllər heç olmasa, imitisaiya edirdilər"

Prezidentin gömrük fərmanı işləyəcəkmi?

"MTN-də dedilər, Səfər Əbiyevin üzünə dur"- bunu müdafiə nazirinin keçmiş müavini deyir

Kasıb həbsxanada

18:40 23.10.2015

"MTN-də dedilər Səfər Əbiyevin üzünə dur"

“Məni neçə dəfə Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar. Dedilər, “ya Səfər Əbiyevin üzünə dur, əleyhinə ifadə ver, ya da gedirsən içəri...” Mən də onların istədiklərini etmədim. Həbsimin əsl səbəbi budur. Yoxsa ki, mənim indi burda nə işim vardı... Harada görülüb ki, tikinti işləri üçün alınmış avansa görə adamı həbs edələr...”

Bunu oktyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən keçmiş müdafiə nazirinin müavini olmuş Mehman Səlimov deyib. Ətraflı az sonra saytımızda

18:17 23.10.2015

İranda Aşura

Qafqaz Müsəlmanları İdarəsinin yaydığı məlumata görə, bu il Aşura günü oktyabrın 24-dədir. Dünyada şiələrin ən çox yaşadığı İranda Aşura belə qeyd edilir.(Fotolar)

İran Aşura

İran Aşura

16:45 23.10.2015

Moldovada etiraz aksiyaları keçirilir

Moldovanın paytaxtı Kişinau da etiraz aksiyaları keçirilir. Aksiyalardan biri Apellyasiya məhkəməsinin qarşısında keçirilir.Buna səbəb Apelyasiya məhkəməsinin hazırda həbsdə olan keçmiş baş nazir Vlad Filatı azad edə bilməsi barədə məlumatlar olub.

Keşmiş baş nazir və Avropa yönlü hakim koalisiyanın lideri Vlad Filat ötən həftə həbs edilib və öllkənin Milli Antikorrupsiya Mərkəzinə aparılıb.

O ümumilikdə 250 milyon dollar rüşvət almaqda ittiham olunur.

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG