Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:24
İran seçki
İran seçki

AzadlıqLive - Prezident tərəfdarları seçkini udur

Azərbaycanda və dünyada baş verən hadisələri burdan izləyin

12:56 22.2.2016

Azərbaycan pomidorunda "Türkiyə izi"

Yanvar ayında Azərbaycandan Rusiyaya pomidor ixracı dekabrla müqayisədə 5 dəfə artıb. Müştərilərin reaksiyası bilinməsə də, bu ölkənin nəzarət orqanları həmin faktdan şübhələnib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin rəisi Sergei Dankvert Azərbaycanın nəyin hesabına belə kəskin artıma nail olmasının suallı qaldığını bildirib. O, pomidorun Türkiyədən gətirilib Azərbaycandan reeksport edildiyinə eyham vuraraq, narahatlığını dilə gətirib. Azərbaycan tərəfi həmin məhsulun yerli mal olduğuna dair sertifikat versə də, Rusiya tərəfi məsələni dəqiqləşdirmək üçün müfəttiş göndərməyi düşünür.

12:59 22.2.2016

«Türkiyənin ümidsiz durumu real təhlükələrdən xəbər verir»

«The Washington Post» qəzetində Liz Sly yazır ki, Türkiyə şəhərlərində bombalar partladıqca, düşmənləri sərhədə yaxınlaşdıqca, müttəfiqləri tələblərini rədd etdikcə, ölkə strateji bir qarabasmayla üz-üzə qalır. Dörd il öncə Türkiyə «Ərəb baharı»nın ən böyük qaliblərindən biri idi, Qərb onu bir model kimi alqışlayır, yeni patronlar və idarəçilik formaları istəyən region isə ona qucaq açırdı. Ancaq ərəb inqilablarının iflasından, geosiyasi mənzərədəki dəyişikliklərdən və Suriya müharibəsindən sonra hər şey havaya sovruldu.

13:01 22.2.2016

Lvovda Sberbank-ın ofisi yandırılıb

Fevralın 21-də gecə Ukraynanın qərbində Lvov şəhərində Rusiya Sberbank-ının ofisi yandırılıb.

Yerli ZIK telekanalının məlumatına görə, naməlum şəxslər bankın ofisinə əldqayırma bombalar atıblar. Digər ofisdəki yanğın isə dərhal söndürülüb.

Fevralın 20-də isə millətçilər Kiyevdə iki Rusiya bankının ofislərinin pəncərələrini sındırıb, mebelləri, digər avadanlığı qarət edib.

13:15 22.2.2016

Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır

«Report» xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) fevralın 22-də açıqladığı növbəti hesabatında məlumat verib.

Hesabatda deyilir ki, 2011-2015-ci illərdə Avropaya silah idxalı əvvəlki 5 illiklə (2006-2010) müqayisədə 41 faiz azalıb. Bu da əsasən Yunanıstan və İspaniyada baş verən iqtisadi proseslərlə bağlı olub. Bununla belə, Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı olaraq qalır.

Davamı

XS
SM
MD
LG