Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:15

Azərbaycan turistlərə pul qaytarır


►İndiyə kimi Vergilər Nazirliyinin tətbiq etdiyi tax-free sisteminə əsasən 45 min şəxsə 104 min manata yaxın əlavə dəyər vergisi ƏDV qaytarılıb.

Bunu bu gün – avqustun 10-da prezidentin ““2016-cı ildə vergi sahəsində aparılacaq islahatları”nın təsdiqi və vergi inzibatçılığın təkmilləşdirilməsi haqqında ” sərəncamına həsr olunmuş mətbuat konfransında Vergilər nazirinin müavini İlkin Vəliyev bildirib.

İlki Vəliyevin sözlərinə görə, hazırda sistem hava limanlarında tətbiq olunur: “Gələcəkdə digər sərhəd-keçid məntəqələrində də “tax-free”dən istifadə olunacaq ”.

Nazir müavinin sözlərindən belə başa düşülür ki, hər turistə 2 manat 31 qəpik qaytarılıb.

Buna da bax: Turizm sahəsi düzəlir?

“Tax free” xarici vətəndaşların aldığı istehsal, yaxud kommersiya məqsədlərindən ötrü nəzərdə tutulmayan mallara görə, ödədiyi əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması mexanizmidir. İlk olaraq Vergilər Nazirliyi “Formula-1” yarışlarında öncə, mexanizmin tətbiq edildiyini açıqladı.

Bundan sonra prezident iyulun 12-də “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzaladı.

Fərmana əsasən, əcnəbilərə ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG