Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

Prezident İlham Əliyevin “Turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında” sərəncamının verilməsindən ay yarım keçir. Sərəncamın bəndlərindən biri Azərbaycanda şopinq festival keçirilməsi ilə bağlıdır.

Suallar cavabdan çoxdur

Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılır ki, Bakı şəhər icra hakimiyyəti ilə birlikdə hər il Bakıda şopinq festival təşkil etsin. Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Gömrük Komitəsi festival zamanı pərakəndə ticarətdə tətbiq ediləcək güzəşt və təşviqlər üzrə təkliflər verməlidir.

Sənəd imzalanandan artıq bir müddət keçib. Ancaq müvafiq orqanların festivalın keçirlməsi ilə bağlı təklifləri haqda anlaşıqlı informasiya yoxdur.

Buna da bax: Azərbaycanda turizmi inkişaf etdirmək üçün 3 tövsiyə...

Maliyyə Nazirliyində Turan-ın sorğusuna cavab veriblər ki, vergi güzəştləri və təşviqlərlə bağlı müzakirələr başa çatmaq üzrədir.

“Eyni zamanda xarici təcrübəni öyrənirik”, nazirlikdə bildiriblər.

Suallar iki həftə əvvəl göndərilsə də, Vergilər Nazirliyi material hazırlanana kimi cavab göndərməyib.

Buna da bax: Turizm sahəsi düzəlir?

Rəsmi şəxslərdən şopinq festivalla bağlı mədəniyyət və turizm naziri Ə.Qarayev danışıb. Sentyabrın sonunda o deyib ki, nazirlik təkliflər hazırlayaraq hökumətə təqdim edib.

Şərhləri göstər

XS
SM
MD
LG