Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:20

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks Azərbaycanda keçiriləcək parlament seçkilərindən yazıb.

Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks Azərbaycanda keçiriləcək parlament seçkilərindən yazıb.

“Azərbaycan – bir zülmət guşəsi. İnsan haqlarının kasad olduğu ölkədə daha bir saxtakar seçki” sərlövhəli məqaləsində Avropanın insan haqları komissarı yazır ki, 125 yerlik parlamentə 1200 namizədin qeydə alınması, hələ heç də 5 milyonadək seçicinin azad seçimə malik olacağından xəbər vermir.

O qeyd edir ki, təbii sərvətlərin üstündə qərar tutmuş bu ölkə müstəqlillik qazanandan bəri bir dənə də olsun ədalətli və açıq seçki keçirməyib.

125 yerlik parlamentə 1200 namizədin qeydə alınması, hələ heç də 5 milyonadək seçicinin azad seçimə malik olacağından xəbər vermir

Məqalədə deyilir ki, bundan əvvəlki iki seçki Avropa İnsan Haqları Məhkməsinin çoxsaylı hökmləri ilə nəticələnib və bu hökmlərdə isə Azərbaycanda azad seçki hüquqlarının ən müxtəlif şəkildə pozulduğu təsdiq edilir.

Üstəlik Avropa hakimləri belə bir nəticəyə gəliblər ki, Azərbaycan hakimiyyəti seçki saxtakarlıqları ilə bağlı iddialara qarşı mübarizə aparmağa belə həvəsli görünmür.

Nils Muižnieks yazır ki, Avropa hakimləri öz hökmlərində həmçinin seçki komissiyalarında iqtidaryönlü üzvlərin çoxluq təşkil etdiyinə diqqət çəkiblər. Onların fikrincə, seçki fırıldaqlarının az qala hamısı məhz bu vəziyyədən qaynaqlanır.

Daha qara buludlar

İnsan haqları komissarının fikrincə, hazırkı seçkinin üzərini isə daha qara buludlar örtüb. İnsan haqları fəalları, jurnalistlər və yerli seçki müşahidəçiləri repressiv qanunvericilik aktları ilə buxovlanıb, qondarma ittihamlarla məhbus edilib və ya mühacirət etməyə məcbur olublar.

Müəllifin fikrincə belə bir şəraitdə heç bir mənalı seçki debtatının aparılması və ya hesabatlılığın təminatı mümkün deyildir.

Vəziyyət o qədər narahatedicidir ki, Avropa Şurası vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyəti arasında dialoqu canlandırmaq üçün yaradılmış işçi qrupundan çıxmalı olub

Nils Muižnieks yazır ki, bütün bunların parlaq göstəricisi olaraq Anar Məmmədlinin işini göstərmək olar. O, yerli və son dərəcə peşəkar seçki müşahidəsi qurumunun rəhbəri idi. Anar Məmmədli 2014-cü ildə Václav Havel insan haqları mükafatına layiq görüləndə, artıq öz 5 illik məhbusluq həyatına yenicə başlamışdı.

Məqalədə deyilir ki, prezident Əliyevin əsas siyasi opponenti İlqar Məmmədov isə 2013-cü ildə məhbus edilib və bundan məqsəd onun prezident seçkilərinə qatılmasının qarşısını almaq olub.

Avropa İnsan Haqları Məhkəməsinin hökmündə deyilir ki, Məmmədovun həbsindən başlıca məqsəd onu hökuməti tənqid etdiyinə görə cəzalandırmaq olub.

İnsan haqları komissarı yazır ki, hüquqşünas İntiqam Əliyev, ölkənin görkəmli təhqiqat jurnalisti Xədicə İsmayılova da eyni motivlərlə məhbəsə atılıblar.

Vəziyyət o qədər pisdir ki…

“Vəziyyət o qədər narahatedicidir ki, yazır Nils Muižnieks, - Avropa Şurası oktyabrın 7-də vətəndaş cəmiyyəti ilə Azərbaycan hakimiyyəti arasında dialoqu canlandırmaq üçün yaradılmış işçi qrupundan çıxmalı olub”.

Müəllif bildirir ki, “bu misli görünməmiş hərəkətdən” əvvəl, sentyabr ayında Avropa Şurası Azərbaycan hökumətini Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsində tərəqqiyə nail olmadığına görə kəskin tənqid etmişdi.

İnsan haqları komissarı yazır ki, bunların ardınca ATƏT də Azərbaycan seçkilərinə müşahidəçilər göndərməkdən imtina edib və bu da misli görünməmiş addım sayıla bilər.

Nils Muižnieks bildirir ki, Azərbaycan hakimiyyəti həbsxanalardakı fəalların siyasi fəaliyyətə yox, cinayət əməllərinə görə məhkum edildiklərində israr edir, lakin bu iddialar cəfəng səslənir.

Ya bütün insan haqları fəalları oğrudurlar, ya da…

“Ya Azərbaycandakı bütün insan haqları fəalları oğru, vergidən yayınan və casusdurlar, ya da bu ölkənin siyasi və ədliyyə sistemində ciddi bir qüsur var. Mən ikincisinin həqiqət olduğuna inanmağa daha çox meylliyəm. Avropa Şurası və BMT, ATƏT də daxil başqa beynəlxalq qurumlar bu insan haqları fəalları ilə illər boyu əməkdaşlıq ediblər. Biz onları yaxşı tanıyırıq və onların demokratiyaya, qanunun aliliyinə və Azərbaycanda insan haqlarına verdikləri töhfəni dəyərləndiririk” – yazır Nils Muižnieks.

Ya Azərbaycandakı bütün insan haqları fəalları oğru, vergidən yayınan və casusdurlar, ya da bu ölkənin siyasi və ədliyyə sistemində ciddi bir qüsur var

Komissar bildirir ki, Azərbaycanın beynəlxalq aləmdə təcrid olunmasının qarşısını almaq üçün yeganə yol, hakimiyyətə qarşı fəaliyyətlərinə görə həbs edilmiş insan haqları fəallarının azad edilməsi və onların barəsində cinayət işlərinə xitam verilməsi olardı.

“Bu, Azərbaycan hakimiyyəti üçün küfr kimi səslənə bilər. Lakin yalnız İlqar Məmmədov, Anar Məmmədli, İntiqam Əliyev və başqa mərd insan haqları müdafiəçilərinin işlərini davam etdirmələrinə imkan verilməsi Azərbaycanın demokratik icmadakı yerinə beynəlxalq icmanın şübhələrinə son qoya bilər. Bu edilməyincə, nə ədalətli seçki, nə mənalı debat və nə də seçki müşahidəsi baş verməyəcək” – yazır Avropa insan haqları komissarı Nils Muižnieks.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG