Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

'Turan TV' adlanacaq kanal oktyabrdan efirə çıxa bilər


“Azərbaycan saatı” televiziya proqramının yaradıcısı və aparıcısı Qənimət Zahid

“Azərbaycan saatı” televiziya proqramının yaradıcısı və aparıcısı Qənimət Zahid

Peyklə yayımlanacaq “Turan TV”də musiqi və film də olacaq

Xaricdən yayımlanan “Azərbaycan saatı” televiziya proqramının yaradıcısı və aparıcısı Qənimət Zahid yeni telekanal açır. «Turan TV» adlanacaq kanalın oktyabrın 8-dən efirə çıxması planlaşdırılır.

“Azadlıq” qəzetinin baş redaktoru, hazırda Fransada mühacirət həyatı yaşayan Qənimət Zahid yeni planlarını AzadlıqRadiosu ilə paylaşıb.

- Qənimət bəy, telekanal ideyası «Azərbaycan saatı»nın yayımlandığı «Barış TV»nin qapadılmasından sonramı yaranıb?

- Praktik olaraq, bəli. Həmişə telekanal açmaq arzusunda olmuşam, amma imkanlar yox idi. Hərçənd indi də imkanlar yoxdur. “Barış TV”nin bağlanması bir növ bu ideyaya təkan verdi. Düşündüm ki, biz iki hökumt arasında qalmışıq. Düzdür, Azərbaycan hakimiyyətindən “Azərbaycan saatı”nın “Barış TV”də yayımının qarşısını almaqla bağlı Türkiyə hökumətindən tələblər olsa da, proqramın yayımlandığı 4 il yarım müddətində Türkiyə hökuməti heç bir problem yaratmayıb. Amma elə proseslər baş verdi ki, telekanal bağlandı. Dəqiq bilirəm ki, “Barış TV”nin Fətullah Gülənə heç bir aidiyyəti yoxdur, amma bağladılar. Mən də düşündüm ki, nə vaxta qədər başqasının ati ilə gedəcəm?..

Buna da bax:​ Qənimət Zahid telekanal açır

- Qənimət bəy, peyklə yayımlansa da, televiziya televiziyadır, yəni ciddi texniki təchizat və peşəkar heyət tələb edir. Siz bu resuslara sahibsizmi?

- Bir televiziya proqramı üçün də maddi və texniki təchizat və peşəkarlar lazımdır. O vaxt biz “Azərbaycan saatı”nı da yaradanda heç nəyimiz yox idi. Amma işə girişdik. Bu riski kimsə nə vaxtsa göz önünə almalı idi. İndi də oturub gözləsək ki, kimsə bizə texnika verəcək, maddi dəstək olacaq, bəlkə də hələ də gözləyəcəkdik. Amma hər halda işi qurduq və oktyabrın 8-dən efirdəyik.

- Siz 24 saat efir iddiası ortaya qoymusuz. Peşəkar televiziyalar üçün belə çətindir 24 saat efiri keyfiyətli materialla təmin etmək. Sizin proqram bazanız buna uyğunlaşdırılıbmı?

- Təbii, biz zamanla çalışacağıq ki, texniki keyfiyyəti zamanla qaldırmağa çalışacağıq. Telekanalın tamaşaçı sarıdan korluğu olmayacaq, əminəm. Biz alterantiv fikir təqdim edəcəyik. Üstəlik, bizim Azərbaycanda yaradıcı heyətimiz yoxdursa, bu, o demək deyil ki, Azərbaycandan material ala bilmirik. Əksinə, “Azərbaycan saatı”na göndərilən materialların 50 faizindən istifadə edə bilmirdik. İndi buna imkanımız yaranır. Bundan başqa, online Tv-lər var, onların verilişlərinə efir verəcəyik. Müsiqi və filmlər də yayımlayacağıq. Təbii, müəəllif hüquqları problemi ilə üzləşməmək üçün bu kateqoriyaya düşməyən məhsullardan istifadə edəcəyik. Eyni zamanda, yayım çoğrafiyamızda olan ölkələrdə də proqram istehsalçıları var, onlar bizə veriliş verəcəklər. Məsələn, Özbəkistanla bağlı davamlı proqramlar olacaq, ilkin danışıqlarımız var. Türkmənistan, Tacikistan, Qırğızıstandan da ictimai-siyasi verilişlər olacaq.

Buna da bax:​ Türkiyədə çevriliş cəhdi 'Azərbaycan saatı'nı da vurdu

- Peykdə yayım ünvanı necədir? Azərbaycan peykləri daha çox TÜRKSAT-a tuşlanıb.

- Bizim telekanal TÜRKSAT-a ən yaxın ASTRA5B peykindən yayımlanacaq. Ya antenaya əlavə ikinci başlıq qoymaq lazımdır, ya da çanağı azca tərpətmək lazımdır. Nəzərə alsaq ki, Azərbaycanda əhalinin əksəriyyəti TÜRKSAT-dır, bizim telekanalı tutmaqda problem olmayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG