Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:10

'Əziz və hörmətli Kəmaləddin müəllim, siz həmişə haqq tərəfdarısız...'


Facebook Page screenshoot

Facebook Page screenshoot

“Əziz və hörmətli Kəmaləddin müəllim, siz həmişə haqq tərəfdarısız, sizə dəfələrlə məktub yazmışam, cavabı olmayıb, xahiş edirəm, balalarımın ümid yeri olan 20 sot torpaq sahəmi sizin adınızdan istifadə edərək əlimdən alırlar, pul, ev istəmirəm, sizdən, sadəcə, tam sənədiylə mənə aid olan əmlakımı tələb edirəm” (bu və bundan sonrakı şərhlərdə istifadəçilərin imla və üslubuna toxunulmayıb – red.), Rosen Salmanov imzalı Facebook istifadəçisi fövqəladə hallar naziri Kəmaləddin Heydərovun adına olan hesabda belə yazır.

Azərbaycan nazirləri arasında statusu altında ən çox şərhlər yazılan nazir Kəmaləddin Heydərovdur.

Azərbaycan nazirləri arasında statusu altında ən çox şərhlər yazılan nazir Kəmaləddin Heydərovdur. Saatlarla axtarış əksər rəsmi dövlət nümayəndələrinin sosial şəbəkələrdə hesablarının olmadığını göstərdi.

Kəmaləddin Heydərov hesabını şəxsən özü idarə etmir, çünki ondan kömək umanlarla yanaşı, nazirə ünvanlanan ittiham dolu şərhlərə də cavab verilmir.

Buna da bax:​ K.Heydərov: «Tikintiyə maneələr olmayacaq»

Saatlarla axtarış əksər rəsmi dövlət nümayəndələrinin sosial şəbəkələrdə hesablarının olmadığını göstərdi.

Fövqəladə hallar nazirinin hesabına şərh yazanların çoxu ondan yardım istəyir. Məsələn, “İngilis dili müəlliməsi” imzalı Facebook istifadəçisi yazır: ”Kəmaləddin bəy, sizin xeyirxah bir insan olduğunuzu oxuduğum üçün ürəklənib bu köməkliyi istəyirəm ki, mənim “Bank of Baku”ya 2000 dollar borcum var, amma ödəyə bilmirəm. Xahiş edirəm o borcumu banka ödəyib, bu çətinlikdən qurtarmağıma köməklik edəsiniz”.

“Maaşımı vermirlər”

Azərbaycan sosial şəbəkə istifadəçiləri üçün həm Facebook-da, həm Tvitter-də populyar olan hesab ölkə prezidenti İlham Əliyevə məxsusdur.

Bir başqa istifadəçi İbrahim Salahov yazır: “Mən də Kəmaləddin müəllimin xeyirxahlığı ilə razıyam, həm Çernobıl əliliyəm, həm də ikinci qrup Qarabağ əliliyəm. “Gilan inşaat”da elektrik ustasıyam, keçən il dörd aydan çox öz hesabıma məzuniyyətə göndəriblər. Məcburən işləyirəm, aldığım maaşın çoxunu müalicəmə xərcləyirəm. Keçən ayın maaşını hələ almamışam, inanıram ki, mənə köməyiniz dəyər”.

Facebook-da Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov və Novruz Məmmədovun da hesabları var.

Emin Məmmədovsa ümid edir ki, Kəmaləddin Heydərov onların yaşadığı 16 mərtəbəli binaya, qanunsuz olaraq, 17-ci mərtəbəni artırmaq istədiklərini bilsə, bunun qarşısını alar.

Arzu Hüseynova adlı istifadəçi nazirin qəbuluna düşmək istəyir. O şikayətlənir ki, 50 yaşı olsa da, ailəsi normal həyat qura bilməyib. Facebook istifadəçisi fövqəladə hallar nazirindən yaşadığı problemlərin, heç olmasa, birinə yardım etməsini istəyir.

Buna da bax:​ Nazir qəbul imtahanlarının ödənişli olmasından danışdı

Təhsil nazirinin hesabında…

Məleykə Abbaszadənin Facebook-da hesabı olsa da, qurumdan bildirirlər ki, bu hesab saxtadır.

Hesabında fəal yazışma gedən nazirlərdən biri də təhsil naziri Mikayıl Cabbarovdur. Nazirliyə ünvanlanan sual cavablanmadığından, bu hesabı nazirin özünün idarə edib-etməməsinə aydınlıq gətirmək mümkün olmayıb.

Təhsil nazirinin hesabında özəl statuslardan çox, nazirliyin iş və görüşləriylə bağlı materiallar paylaşılır. Son paylaşım sentyabrın 22-də kənd təsərrüfatı üzrə peşə ixtisaslarının yaradılması haqdadır. Statusa şərh yazanların çoxu bu məsələyə konkret münasibət və təkliflərini açıqlamaqdansa, nazirə şikayət və istəklərini çatdırmağa üstünlük verir. “Polad Alemdar Polad” adlı istifadəçi yazır ki, Cəlilabad müəllimləri məzuniyyətdən qayıdandan bu gündən əməkhaqqı almayıblar: “Hörmətli nazir, xahiş edirəm, kömək edin müəllimlər yaşasın”.

"Rəsmilər sosial şəbəkələrdə olmağı vaxt itkisi sayırlar"

Nəzirə Məmmədova adlı istifadəçi hicablı olduğundan, işə götürülmədiyindən şikayətlənir. Nərmin İbayeva nazirliyə aramsız üz tutsa da, məktub və teleqramlarına konkret cavab almadığından yazır. “E-ova Es-ova” dərs ili yenicə başlasa da, “komitə” adı altında pul yığımına başlandığını bildirir.

Bakı və bölgələrdəki müəllimlərin maaşları fərqlidir?

Kənd Təsərrüfatı Nazirliyindənsə sosial şəbəkələrdə təmsil olunmaq üçün fərqli layihə hazırlandığını bildirdilər.

İlkin Verdiyevin nazirə sualı var: “Bu diaqnostik qiymətləndirmə niyə davam etmir? Yerdə qalan müəllimlər niyə az əməkhaqqı almalıdırlar? 150-200 manatla ailə saxlamaq olar? Mikayıl müəllim, siz bu maaşla ailə saxlaya bilərsiz?”.

Hikmət Məmmədov sanki həmin şikayəti davam etdirir: “Nəyə görə mən 250; Bakıdakı müəllim 500 almalıdı? Necə bəyəm, artıq dərs keçir məndən? Əksinə, əla şəraitdə, gözəl nəqliyyat, avadanlıq və s.”.

Buna da bax:​ 'İnterneti anonim imzalardan və nəzarətsizlikdən təmizləmək lazımdır'

“İnternetimiz heç də ürəkaçan deyil”

"Azərbaycanda çoxları M. Saakashvili-nin, P. Poroshenko-nun izləyicisidir. Onlar sosial şəbəkələrdə olduqca fəaldırlar”.

Rabitə və informasiya naziri Ramin Quluzadə vaxtaşırı nazirliyin işindən və keçirilən görüşlərdən paylaşımlar edir, ancaq statusların xarakterindən duyulur ki, səhifəni “admin” yönəldir. Bu status altında şərh yazanların bəziləri nazirə “uğurlar” arzulayır, bəziləri də internetin keyfiyyətsizliyindən gileylənir.

İstifadəçi Seyfəddin Yusibov belə bir şərh yazıb: “Ümid edirəm ki, internet sahəsində inkişaf olar. Çünki internetimiz heç də ürəkaçan deyil”.

Abbas Xəlilovsa Rabitə Nazirliyinə bir məsələni çatdırdığını, həllinə kömək istədiyini, amma əvəzində, nazirliyinin "Fb" səhifəsinin onu "blok"ladığını yazır və sözünü belə bitirir: “Çox sağ olsunlar. Nazirliyin mənim gördüyüm yeganə işləri budur. Başqa gördüklərim də var, rayonumuzda rayon şöbənizin gördüyü "işlər" gözümüzün önündədi. Uğurlar!”.

Buna da bax:​ “Yeni Bakı”nın sakinləri prezidentdən kömək istəyir

Prezidentə nədən şikayətlənirlər?

Azərbaycanda dövlət məmurları vətəndaşların sosial media üzərindən onlara aidiyətli suallar verəcəyindən, problemləri sıralayacaqlarından çəkinirlər.

Azərbaycan sosial şəbəkə istifadəçiləri üçün həm Facebook-da, həm Tvitter-də populyar olan hesab ölkə prezidenti İlham Əliyevə məxsusdur. Facebook-dakı hesabların saxta olub-olmaması ilə bağlı Prezident Administrasiyasının mətbuat xidmətindən cavab almaq mümkün olmadı.

Facebook istifadəçiləri isə İlham Əliyevin adına olan hesabları həqiqi sayırlar. Prezidentə birbaşa xitab edənlərin əksəriyyəti ona öz məmnunluqlarını ifadə etsələr də, “İlham Əliyev” hesabları şikayətlər, yardım müraciətləri ilə də dolub-daşır.

Məsələn, Facebook-da Elza Novruzova yazır ki, Hövsan qəsəbəsində Quşçuluq çevrəsindəki yollar çox bərbaddır, avtobuslar doğru-dürüst işləmir, üstəlik, telefon də çəkdirə bilmirlər.

“Biz də nazirlər ona görə sosial mediadan qaçırlar ki, burada daha çox müxalifyönlü insanlar fikir paylaşır, açıq tənqidlər dilə gətirilir”.

“Omer İnb Xettab” imzalı istifadəçi Ələt qəsəbəsində yolların bərbadlığından və kanalizasiyanın yoxluğundan gileylənir.

“Azərbaycanda vəzifəli şəxs qalmayacaq”?

Prezidentin “Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. “ASAN xidmət” mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar” fikrinə reaksiyalar belə olub:

Gülşən Məmmədova: “Cənab prezident, məmurlar şikayət ərizələrinə ciddi yanaşmırlar. Özlərini haqlı, bizi haqsız cıxardırlar”.

Elvin Askerov: “Cənab Prezident, belə çıxır ki, bir müddətdən sonra Azərbaycanda vəzifəli şəxs qalmayacaq”.

Buna da bax:​ Etiraza getdilər, polisə düşdülər

Fövqəladə hallar nazirinin hesabına şərh yazanların çoxu ondan yardım istəyir.

Sərxan Qocayev: “Cənab prezident, bu yaxında siz Binəqədi DSK-nın yolunun bərpasına 8,5 milyon pul ayırmışdınız, bir müddət iş görüldü, bir-iki “turba” dəyişib getdilər, hal-hazırda adı çəkilən yolda heç bir iş getmir. Yol tamamilə yararsız hala düşüb”.

Elnur Süleymanov: “Korrupsiyadan danışırsız, çox yaxşı. Sizdən artıq dərəcədə xahiş edirik, süni şəkildə artırılan qiymət artımına son qoyun. Milləti dövlətə qarşı çıxarmaq üçün atırlar bu addımı. Qara çörəyin belə qiymətini qaldırıblar”.

Elsever Məmmədov: “Biz sizdən razıyıq, amma ətrafınızdakı qocalar evini atsanız bir kənara, cavan kadr yığsanız , ölkə düzələr”.

Buna da bax:​ Məleykə Abbaszadə də Tarif Şurasına üz tutur

“Sosial şəbəkədədirlər, amma onlara üz tutan yoxdur”

İstifadəçi: "Rabitə Nazirliyinə bir məsələ çatdırdım, həllinə kömək istədim, amma əvəzində, nazirliyinin "Fb" səhifəsi məni "blok"ladı..."

Facebook-da Prezident Administrasiyasının şöbə müdirləri Əli Həsənov Novruz Məmmədovun da hesabları var. Sonuncunun öz hesabını şəxsən idarə etdiyi də hiss olunur. Amma bu hesablar Facebook-un azərbaycanlı istifadəçilərinin o qədər də diqqətini çəkməyib. Burda nə giley-güzara, nə kömək xahişinə, nə də təriflərə rast gəlmək olur.

Keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin sədri Məleykə Abbaszadənin Facebook-da hesabı olsa da, qurumdan AzadlıqRadiosu-na bildirirlər ki, bu hesab saxtadır. Qurum adından məlumat verən Xanlar Xanlarzadə deyir: “Məleykə xanım sosial şəbəkələrdən istifadə etmir. Hər hansı bir məsələ ilə əlaqədar fikirlərini mətbuat konfranslarında, saytımızda və TQDK-nın Facebook səhifəsində bildirir. Facebook-da adına yaradılmış profillər saxtadır”.

Buna da bax:​ Müdafiə Nazirliyi Facebook-da

“Nazirlərin vaxtı var?”

“Məmurların hesabları olsa, qalacaqlar camaatın əlində, biri deyəcək iş ver, o biri problem qaldıracaq, digəri söyəcək..."

Vergilər Nazirliyindən nazirin sosial şəbəkələrdə fəallıq dərəcəsinə dair AzadlıqRadiosu-nun sualını cavablandırmaq istəmədilər. “Bu, nazirin şəxsi məsələsidir”, - dedilər.

Adının çəkilməsini istəməyən bir dövlət məmuru isə AzadlıqRadiosu-na bildirdi ki, rəsmilər sosial şəbəkələrdə olmağı vaxt itkisi sayırlar: “Hesabları olsa, qalacaqlar camaatın əlində, biri deyəcək iş ver, o biri problem qaldıracaq, digəri söyəcək. Həm də təhlükəsizlik məsələlərindən ehtiyatlanırlar”.

Kənd Təsərrüfatı Nazirliyindənsə sosial şəbəkələrdə təmsil olunmaq üçün fərqli layihə hazırlandığını bildirdilər. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən yalnız bunu dedilər ki, “Qaynar xətt”ə dəstək məqsədilə yaradılacaq Facebook səhifəsində nazirliyin xidmət və şöbə rəhbərləri sosial şəbəkə izləyicilərinin suallarına mütəmadi cavab verəcəklər.

Buna da bax:​ Sosial media: yaradır, ya dağıdır?

“Azərbaycan məmurları çəkinirlər…”

"İctimaiyyət qarşısında sərbəst davranış çatışmır".

Yeni media məsələləri eksperti Səbinə İzzətlinin fikrincə, vaxt məsələsi bəhanədir: “Məncə, sadəcə, belə vərdişləri yoxdur. Bir də ictimaiyyət qarşısında sərbəst davranış çatışmır. Məsələn, Azərbaycanda çoxları M. Saakashvili-nin, P. Poroshenko-nun izləyicisidir. Biri Gürcüstanın keçmiş prezidenti, indi Odessanın qubernatoru, o biri Ukrayna prezidentidir. Onlar sosial şəbəkələrdə olduqca fəaldırlar”.

Səbinə İzzətlinin qənaətincə, Azərbaycanda dövlət məmurları vətəndaşların sosial media üzərindən onlara aidiyətli suallar verəcəyindən, problemləri sıralayacaqlarından çəkinirlər: “Bunlara cavab verməyəndə, biabırçılıq olacaq”.

Ekspert vurğulayır ki, sosial mediada kütləni yaxşı tanıyan, özünə güvənən dövlət rəsmiləri təmsil oluna bilirlər: “Biz də nazirlər ona görə sosial mediadan qaçırlar ki, burada daha çox müxalifyönlü insanlar fikir paylaşır, açıq tənqidlər dilə gətirilir”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG