Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:56

Rabitə Nazirliyindən saat xəbərdarlığı


Foto: arxiv
Foto: arxiv

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi standart vaxt zonasına keçidlə bağlı xəbərdarlıq yayıb.

Xəbərdarlıqda deyilir ki, Nazirlər Kabinetinin martın 17-də verdiyi ölkə ərazisində yay vaxtına keçid baş verməyib. Bu səbəbdən oktyabrın son bazar günü, yəni ayın 30-da saatlar 1 saat geri çəkilməyib. Lakin bəzi mobil qurğularda bu gecə saatlar avtomatik olaraq 1 saat geri çəkilib. Buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində “Vaxtın şəbəkədən avtomatik təyin edilməsi” və “Vaxt zonasının avtomatik təyin edilməsi” imkanlarının seçilməməsi səbəb olub.

“Hazırda bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür. Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa vaxtın təyin edilməsi panelindən “avtomatik vaxt zonasının seçilməsi” imkanını aktivləşdirmək lazımdır”.

Buna da bax: Saat neçədir?

Nazirlik bildirib ki, rabitə və kompüter sistemlərinin fəaliyyətində heç bir xəta baş verməyib. Sistemlər normal çalışır və Azərbaycanın standart vaxt zonası GMT+4 olaraq göstərilir.

Buna da bax: Vaqif Səmədoğlu. Saat neçədir, qumru...

Bundan əvvəl hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG