Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:50

V: Dərgahlı: «Azərbaycan mülkü əhalini vurmur»


Bərdə, erməni silahlı qüvvələrinin atdığı atəşlə yaralanmış dinc sakin 29.04.2016

Bərdə, erməni silahlı qüvvələrinin atdığı atəşlə yaralanmış dinc sakin 29.04.2016

«Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan silahlı bölmələrinin işğal altında olan ərazilərdə məskunlaşan dinc əhaliyə atəş açılmaması haqda tapşırıq verib».

«Turan»ın müxbiri bildirir ki, Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bunu bu gün jurnalistlərə söyləyib.

V.Dərgahlı deyib ki, Ermənistan silahlı bölmələri isə dinc əhalini hədəf seçir. «Amma Azərbaycanın təmas xəttində olan silahlı birləşmələrinə qarşı tərəfin atəş nöqtələrini susdurmaq tapşırığı verilib».

O, Ermənistan tərəfinin qadağan olunan silahlardan da istifadə etdiklərini bildirib: «Hazırda həmin qadağan edilən silahlar araşdırılır, bu silahlardan istifadə beynəlxalq konvensiyalara ziddir. Bu silahlarla erməni tərəf dinc əhali arasında çoxsaylı itkilərə nail olmaq istəyir»

V. Dərgahlı aprelin 26-sı 28-i döyüşlərdə Azərbaycan ordusunun heç bir itki vermədiyini, hər hansı hərbi texnikanın sıradan çıxarılmadığını söyləyib.

Azərbaycan Xarici İşlər Nazirliyi akkreditasiyadan keçmiş xarici ölkələrin və yerli KİV nümayəndələrini bu gün cəbhə bölgəsinə aparıb. Bu səfərdən məqsəd cəbhə bölgəsində baş verənləri media nümayəndələrinə göstərməkdir.

Jurnalistlər Bərdə Diaqnostika Mərkəzində yaralılarla görüşüblər, daha sonra Tərtər və Ağdam rayonlarının atəşə məruz qalan kəndlərində sakinlərlə görüşüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG