Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:57

“Cəbhə xəttində vəziyyətin gərginləşməsi ilə bağlı Ermənistan təbliğatı tərəfindən ortaya atılan və bəzi yerli, eləcə də xarici kütləvi informasiya vasitələrinin yaydığı məlumatlar məqsədyönlü xarakter daşıyır”.

Bunu Müdafiə Nazirliyi oktyabrın 22-də bildirib.

Nazirlik bəyan edir ki, Azərbaycan tərəfi vasitəçilərin təşəbbüsü ilə əldə olunan bütün razılaşmalara dəqiq riayət edir və münaqişənin beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq həllinin tərəfdarıdır.

Bəyanatda vurğulanır ki, qarşı tərəfin cəbhə xəttindəki son vəziyyətlə bağlı yaydığı “dezinformasiyalar Ermənistandakı daxili hərbi-siyasi gərginlikdən qaynaqlanır və danışıqlar prosesinin pozulmasına, eləcə də törədəcəkləri təxribatlar üçün zəmin yaradılmasına hesablanıb”.

Nazirlik bəyan edir ki, Silahlı Qüvvələrin bölmələri atəşkəs rejiminə ciddi əməl etməklə qarşı tərəfin istənilən fəaliyyətini əzarətdə saxlayır və təxribatların qarşısının alınması məqsədilə bütün tədbirləri görməyə tam hazırdır.

Bu il aprelin 2-5-də Qarabağ cəbhəsində hərbi əməliyyatlar baş verdikdə tərəflər bir-birini təxribatda ittiham etmişdilər.

Azərbaycan Ermənistan hərbi qüvvələrini təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini intensiv atəşə məruz qoymaqda suçlayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG