Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Azərbaycanda məktəbəqədər təhsilin dövlət standartları hazırlanıb.

APA xəbəri Təhsil Nazirliyinə istinadən yayıb.

Standartlara görə, məktəbəqədər təhsil standartları 5 il qüvvədə olacaq. Standartlar məktəbəqədər təhsilin məzmununu, idarə olunmasını, infrastrukturunu, maddi-texniki və tədris bazasını əhatə edir.

Məktəbəqədər təhsil müəssisəsinə rəhbərliyi, ali ixtisas təhsilli, məktəbəqədər təhsil sahəsində təcrübəsi olan şəxs həyata keçirir. Dövlət məktəbəqədər təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şura sayılır.

Təhsil müəyyən tələblərə uyğun təşkil olunur. Bura inkişaf sahələrinə uyğun təlim məşğələləri, müxtəlif fəaliyyət növlərindən istifadə, uşaqların bərabər inkişafının təmin olunması, sağlamlıq imkanları məhdud olan uşaqlarla müvafiq korreksiya işinin təşkili aiddir.

Uşaqların məktəbə qəbulu zamanı onların inkişafının dəyərləndirilməsi nəticələri əsas kimi götürülmür.

Günün bütün mövzuları

XS
SM
MD
LG