Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:53

Maaş əvəzinə feyxoa


Astara rayonu, Feyxoa
Astara rayonu, Feyxoa

Azərbaycan mediası bazar günü “Azərenerji” ASC-də əmək haqqı böhranı, ölkədəki sürətli qiymət artımı və s. məsələlərdən yazır.

Azadlıq.info saytı yazır ki, “Azərenerji” ASC-də əmək haqqı böhranı yaşanır. Bir neçə aydır işçilər maaş ala bilmir. “Azərenerji”nin adını çəkmək istəməyən əməkdaşı sayta deyib ki, bu günlərdə qurumunişçilərinə əmək haqqı əvəzinə kənd təsərrüfatı məhsulları təklif olunub.

Buna da bax: Bəzi rayonlarda pensiyalar verilir, amma.

“Feyxoa, alma və digər meyvlərdən kisə-kisə gətirərək işçilərə deyirlər ki, maaş əvəzinə bunları götürün. İşçilərin çoxu bu təkliflə razılaşmayıb. Onlar maaşlarını tələb ediblər. Amma təklifi qəbul edənlər də olub”, – deyə “Azərenerji”nin adının çəkilməsini istəməyən işçilərindən biri bildirib. Məlumatda qeyd olunur ki, rəhbərlik maaşların hansı səbəbdən gecikdiyinə heç bir izah vermir. Amma ehtimal olunur ki, bu maliyyə böhranı ilə bağlıdır:

“Biz güman edirik ki, bu böhranla bağlıdır. Amma qurumun rəhbərliyi böhran sözünü dilinə belə gətirmir. Yaxşı böhran yoxdursa, o zaman maaşlarımızı niyə vermirlər? Hiyə bizə kənd təsərrüfatı məhsulları təqdim edirlər? Bütün günü evdə feyxoa yeməliyik?”

Azərenerji ASC-nin rəhbəri Etibar Pirverdiyev
Azərenerji ASC-nin rəhbəri Etibar Pirverdiyev

Sayt bununla bağlı Azərenerji” ASC-dən mövqe ala bilməyib.

Dolların yüksəlişi kəskin bahalıq vəd edir

“Bizim Yol” qəzeti yazır ki, ölkədə qiymətlər sürətli bahalaşır. Təkcə tənzimlənən qiymətlər deyil, tənzimlənməyən qiymətlər də durmadan artır.

Qəzet iqtisadçı ekspert Əkrəm Həsənova istinadən yazır ki, dolların xeyli bahalaşması və yaxın ildə 2 manatdan, sonra isə yəqin ki, 3 manatdan da baha olması qaçılmazdır:

“Ona görə ki, ölkənin valyuta gəlirləri azala-azala gedir və gedəcək. İstənilən əmtəə azdırsa, qiyməti bahalaşır. Valyuta gəlirləri ona görə azalır ki, neftin qiyməti artmır və böyük ehtimalla yenə düşəcək. Digər tərəfdən, neft hasilatının da həcmi azalır”.

Buna da bax: Manatın ucuzlaşmasından kim itirir, kim qazanır?​

“Bizim Yol” yazır ki, bu gün Mərkəzi Bank dolların qiymətini bazarda tələb-təklifə buraxıb: “Bildirilib ki, yalnız dolların kəskin sıçrayışı baş verərsə bazara müdaxilə edə bilər. Baş bankir sadəcə üçüncü devalvasiyanın olmayacağına söz verib ki, buna da artıq ehtiyac qalmır.

Mərkəzi Bank
Mərkəzi Bank

“Üzən məzənnə” siyasəti bu funksiyanı “layiqincə” yerinə yetirir. İkinci devalvasiyadan sonra da əsasən ərzaq bazarında qiymətlər 30%-dən çox artıb. Belə getsə iqtisadiyyatı idxaldan asılı olan ölkədə qiymətləri sabit tutmaq mümkün olmayacaq. Qiymətlərin ümumi səviyyəsinin kəskin artımı isə əhalinin gəlirlərinin dəyərsizləşməsinə səbəb olur”.

Prezident nəzarətə götürdü

“Azərbaycan” qəzeti prezidentin kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı sərəncamından yazır.

“Oktyabr ayının ortalarından başlayan intensiv leysan yağışlarını da adi təbiət hadisəsi kimi qarşılamaq lazımdır. Bununla belə, həmin yağıntılar ölkə ərazisində, o cümlədən paytaxtda bir sıra ciddi problemlər üzə çıxardı. Onların sırasında xüsusən paytaxtın yağış kanalizasiya sisteminin bu cür intensiv yağıntıları lazımi səviyyədə ötürmək gücündə olmaması özünü daha qabarıq göstərdi. Hətta o dərəcədə ki, Bakının bir sıra ərazilərindəki evləri və obyektləri su basdı, Binəqədi yolu deyilən küçədən yağış sularını görülən tədbirlərə baxmayaraq, günlərlə çəkmək mümkün olmadı”.

Ramiz Mehdiyev
Ramiz Mehdiyev

Qəzet yazır ki, Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev-in rəhbər, tərkibinə isə yüksək vəzifəli dövlət və hökumət nümayəndələrinin təyin edilməsini prezidentin buməsələyə xüsusi əhəmiyyət verdiyinin göstəricisi kimi qəbul etmək olar:

Buna da bax: Güclü yağış Bakını bu hala saldı- [fotolar]

“Başqa sözlə desək, bu sənəd dövlət başçısının ölkənin müxtəlif infrastruktur sahələrinin yenilənməsi ilə bağlı imzaladığı növbəti sərəncam olmaqla bərabər, həm də paytaxt əhalisinin çoxdan gözlədiyi qərarın icrasına prezident tərəfindən yüksək səviyyədə nəzarətin təyin edilməsindən xəbər verir. Bu sərəncam vacib olduğu qədər də konkretdir. Və heç kim şübhə etmir ki, sənəddə işçi qrupuna həvalə olunmuş işlər vaxtında və dəqiqliklə icra olunacaq. Bu isə Bakının yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi, deməli, paytaxt sakinlərinin payız-qış mövsümündə illər boyu qarşılaşdıqları çox ciddi bir problemin həlli deməkdir”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG