Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:37

'1 dollar 3-4 manata bərabər olacaq'


Foto: arxiv
Foto: arxiv

Vətəndaşları xoşagəlməz sürprizlərlə Yeni il ərəfəsində qarşılaşacaqlar

Konstitusiya qəbul edilməsinin 21 ili, ölkədəki neqativlərin səbəbləri, manatın dəyərdən düşməsi, hökumətin passivliyi bu günkü medianın aparıcı mövzusudur.

21 ilə 3 dəfə dəyişən Konstitusiya

“Azərbaycan” qəzeti “Müstəqil dövlətin mükəmməl hüquqi əsası” sərləvhəli məqalədə ölkə Konstitusiyasının vətəndaşa verdiyi hüquq və azadlıqdalardan bəhs edilir. Mövzunun gündəmə gətirilməsi 12 Noyabr- Konstitusiya günü olması ilə bağlıdır.

Məqalədə ötən əsrin sonlarına doğru Azərbaycanın müstəqilliyini bərpa edərək Konstitusiya qəbul etdiyindən bəhs edilir. Müəllif Konstitusiyada Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağın, demokratik quruluşa təminat verməyin, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmağın başlıca məqsədlər kimi irəli sürüldüyünü vurğulayır. Konstitusiyanın hazırlanmasında Heydər Əliyevin xidmətlərini xüsusi olaraq qeyd edir.

Məqalədə 2002-ci, 2009-cu və 2016-cı illərdə sənədə edilən dəyişiklik və əlavələrdən də danışılır. Bunları ictimai münasibətlər sisteminin xarakterindən irəli gəlmişilə əlaqələndirir.

Məqalədə daha çox son 2016-cı il Konstitusiyaya dəyişikliklərinə bağlı keçirilən referendum üzərində dayanılır. Bunların zərurətdən irəli gəlməsi kimi dəyərləndirilir.

Foto: arxiv
Foto: arxiv

Neqativlərin səbəbi- hökumət

“Azadlıqinfo” saytındakı “Süni qiymət artıranlara təbii şərait yaratmaq” sərlövhəli məqalədə müəllif ölkədəki neqativlərin səbəblərini araşdırır.

Məqalədə deyilir ki, Azərbaycanda heç nə təsadüfün, özfəaliyyətin nəticəsi kimi ortaya çıxmır:

“Hər pis əməlin arxasından ölkədəki eybəcər idarəçilik, korrupsiya, qanunsuzluq boylanır. Hər dəfə məlum olur ki, bütün pisliklərə nəfəs verən, neqativləri zirvəyə çıxaran hökumət özüdür”.

Müəllif yazır ki, əvvəllər imitasiya xətrinə olsa da müşavirələrdə süni qiymət artıranlar hədələnir, harın məmurlara barmaq silkələnirdi, hər dəfə cəmiyyətdə müəyyən narazılıq yarananda ölkə başçısı dilə gəlir və bütün bu xoşagəlməz hallara görə natəmiz adamları günahlandırırdı :

“Son vaxtlar bu hədələr də yoxa çıxıb, hər ay, hər həftə qiymətlər artır, amma hökumətdən səs çıxmır”.

Məqalədə bildirilir ki, qiymət artımına şərait yaradan hökumət özüdür:

“Manat hər gün dəyər itirir və bütün məhsulların qiyməti hər gün qalxır.İndi ölkə başçısından soruşmaq lazımdır ki, natəmiz adamlara qarşı mübarizənin nəticəsi necə oldu? Niyə süni qiymət artıranlara gücü çatmadı?”.

Azərbaycan manatı
Azərbaycan manatı

Manatın perspektivinə bədbin baxışlar

“Exo” qəzeti “Əgər manat çox zəifləsə, valyuta il ərzində 15% dən çox dəyər itirəcək” səlrövhəli məqalədə müəllif manatın perspektivini ekspertlərlə müzakirə edir.

Durumu şərh edən ekspert Oktay Haqverdiyev bu düşüncədədir ki, manatın növbəti ucuzlaşması ciddi nəticələrə səbəb ola bilər:

“Mən başa düşürəm ki, biz manatın məzənnəsini uzun zaman saxlaya bilməyəcəyik, gec və ya tez manat devalvasiyaya uğrayacaq. Amma bu tədricən olmalıdır. Azərbaycan manatın məzənnəsini iki dəfə axmaq şəkildə buraxdı. Biz bunu tədricən edə bilərdik, əhali də bu dəyişiklikləri bu qədər kəskin qarşılamazdı”.

Ekspertə görə, əgər manat sərbəst buraxılsa, rubl kimi manat da bazarda öz yerini müəyyən edəcək:

“İqtisadiyyatın oxşar struktura malik olmasından irəli gələrək demək olar ki, 1 dollar 3-4 manata bərabər olacaq.Hesab edirəm ki, iqtisadiyyatın bərpası üçün əhəmiyyətli dərəcdə çox vaxt lazım gələcək, gələn il sual altına düşəcək”.

Manatın perspektivini ekspert Samir Əliyev isə belə şərh edir:

“Azərbaycanda manatın yumşaq devalvasiyası müşahidə edilir, manatın bahalaşması üçün hər hansı şərit mövcud deyil”

Ekspert Əkrəm Həsənov da manatın persrpektivini nikbin dəyərləndirmir. Hesab edir ki, Azərbaycan vətəndaşları xoşagəlməz sürprizlərlə Yeni il ərəfəsində qarşılaşacaqlar:

“Düşünürəm ki, bu tendensiya davam edəcək, çünki iqtisadiyyat, kommersiya bankları, sahibkarlar dollara ehtiyac duyurlar. Buna görə də inamla demək olar ki, Mərkəzi Bankın ehtiyatları bundan sonra da təzyiq altında olacaq”.

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

Tək hökumətin yox, vətəndaşların da problemləri artıb

“Novaya Vremya” qəzetində isə “Azərbaycan iqtisadiyyatı titrəməkdə davam edir” səlrövhəli məqalə diqqət çəkir. Məqalə ölkə iqtisadiyyatının mövcud durumunu dəyərləndirir.

Müəllif deyir ki, Azərbayn hökuməti hamını, o cümlədən vətəndşaları da ölkə iqtisadiyyatının fasiləsiz inkişaf etdiyinə inandırmağa səy göstərir, amma faktlar bunun əksini, sübut edir. Məqalədə hazırda inflyasiyanın 10%-dən yüksək olduğu vurğulanır. Müəllif hesab edir ki, qorxu təkcə hər gün manatın dəyər itirməsində deyil. Dövlət maliyyəsinin də durumu ilə bağlı qorxu var, dövlət büdcəsi dağılır.

Məqalədə yazılır ki, maliyyə problemlərilə təkcə hökumət yox, özəl müəssisələr, sadə vətəndşalar da üzüzə qalıblar. Vaxtı keçmiş kreditlər daha 15% artıb və 1 milyard manata çatıb. Bəzi qiymətləndirmələrə görə vaxtı keşmiş ssudaların həcmi Azərbaycanın bütün bank kapitalının üçdə birindən çoxdur.

Məqalədə ölkənin iqtisadi həyatısa belə proqnozlaşdırır:

“İxracı Azərbaycan xəzinəsinin əsas mənbəyi olan neft və qazın qiyməti əvvəlki səviyyədə qalacaq. Azərbaycanınneft və qaz hasilatını əhəmiyyətli dərəcədə artırmaq palnı olmadığı üçün dövlət gəlirləri də açağı səviyyədə qalacaq. Ən yaxşı çıxış yolu bütünlükdə iqtisadiyyatı liberallaşdırmaq, şaxələndirmək, onun enerji daşıyıcılarından asılılığını azaltmaqdır. Bu isə hökumətdən işləmək tələb edir ki, hökumət də buna hazır deyil”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG