Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:15

Azərbaycanın inkişafda olması, özlləşdirmədəki pozuntular, iqtisadi böhranın dərinləşməsi, bank sistemindəki durum bu günkü medianın aparıcı mövzusudur.

“Azərbaycan” qəzeti “Müstəqil siyasət demokratik inkişafı təmin edir” sərlövhəli məqalədə ölkədəki islahatlar və insan azadlıqlarının təmin olunması haqda yazır.

Qəzet yazır ki, ölkənin regionda siyasi və iqtisadi baxımdan güclənməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması antiazərbaycançı dairələri ciddi narahat edir:

“Son illər bəzi dövlətlərin və nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm sərgiləmələri də belə bir qənaətin formalaşmasına gətirir ki, Avropa məkanında əsl demokratik dəyərlərə “ikili standart” yanaşma getdikcə güclənir”.

Məqalədə bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək istədiyi , Azərbaycana qarşı əsassız ittihamlar, təzyiq cəhdləri olduğu vurğulanır.

Yazıda deyilir ki, Cənubi Qafqazın qüdrətli dövlətinə çevrilməsinə görə, bəzi dövlətlər, xüsusən də Ermənistanı açıq müdafiə edən antiazərbaycançı şəbəkə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Müəllif dövlət başçısı İlham Əliyevin bu qüvvələrə məsajını da xatrladır:

“Xalq ilə iqtidar arasındakı birlik Azərbaycanda sabitliyin qarantıdır. Bizim bütün uğurlarımıza xor baxanlar da bunu bilsinlər”.

Yazıda deyilir ki, Avropadakı böhran fonunda Azərbaycanın demokratik yolla inkişafı görünür.Azərbaycanda siyasi və hüquqi azadlıqların təmini yönündə ardıcıl, sistemli addımlar atılır. Bir çox Şərq ölkələrindən fərqli Azərbaycanda iqtisadi inkişaf və demokratikləşmə prosesləri bir-birini tamamlayır,insanların konstitusion hüquq və azadlıqlarının təminatı ilə bağlı heç bir problem yoxdur.

Dövlət hesabına xüsusi mülkiyyətçilər

“Azadlıqinfo” saytı “Bahalı obyektlər su qiymətinə alınır” sərlövhəli məqalədə müəllif özəlləşdirmə prosesindəki pozuntuları ekspert Nemət Əliyevlə müzakirə edir.

Foto: arxiv

Foto: arxiv

Məqalədə Nazirlər Kabinetinin “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı”nı təsdiq etdiyini deyir. Bu siyahıya əsasən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Neftçilər prospekti, 58 ünvanında yerləşən vağzal binası, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Vaqon Təmiri Zavodu, Bakı Dəmir Yolu Vağzalının mehmanxanası və Bakı Dəmir Yolu Xəstəxanası investisiya müsabiqəsinə çıxarıla biləcəyini vurğulanır.

Yazida xatırladılır ki, 2017-ci ildə Beynəlxalq Bank-ın da özəlləşdirilməsi də nəzərdə tutulur:

“Özəlləşdirmə prosesi öncəsi həmin dövlət obyekti dövlət hesabına əsaslı şəkildə təmir edilir, təmirə isə iri maliyyə ayrılır, daha sonra isə obyekt dəyər-dəyməzinə özəlləşdirilir”.

İqtisadçı N.Əliyev-in fikrincə də Azərbaycanda özələşdirmə prosesi çox biabırçı şəkildə həyata keçirilir. N.Əliyevə görə, yüksək çinli məmurlar özəlləşdirməni elə istiqamətə yönəldiblər ki, özəlləşdirilən və nisbətən yaxşı halda olan obyektlər onların əlinə keçib:

Foto: arxiv

Foto: arxiv

«Özəlləşdirmənin bünövrəsi yanlış olaraq bax belə qoyulub. Özəlləşdirmə başladığı ilk dövrlərdə vətəndaşlara özəlləşdirmə çekləri paylanmışdı. Belə təəssürat yaradılmışdı ki, hər kəsin özələşdirmədə bir payı var. Amma insanlar öz mülklərindən məhrum edildilər, dövlətin mülkiyyəti bir sıra metodlar nəticəsində müəyyən adamların əlində cəmləşdi”.

Böhran dərinləşir, islahatlar isə yoxdur

“Novaya Vremya” qəzetində isə “Azərbaycan borca girir” sərlövhəli məqalə diqqət çəkir.

Müəllif ölkədə iqtisadi durumun pisləşməkdə davam etdiyini, valyuta bazarının qeyri-sabit olduğunu və bu böhranın iqtisadiyyatın yeni-yeni sahələrini əhatə etdiyini bildirir:

“Son iki devalvasiyadan sonar Azərbaycan faktiki iflic halına düşüb, 45 bankdan 30-u qalıb, bu durumda deposit yatırım azalır, kredtiləşmə dayanıb”.

Məqalədə deyilir ki, son proseslər “qara bazar”ın aktivləşməsinə səbəb olub. Çünki, vətəndşaların valyuta əldə etmək üçün alternativ seçim imkanı qalmayıb.

Müəllif hesab edir ki, ölkədə ticarət də dayanıb, belə ki, istehsalçılar öz məhsuallarını Bakının ticarət şəbəkəsinə göndərilməsini dayandırıblar. Məqalədə bu məqamın kəskinliyi belə izah edilir:

“Maliyyə resursları o qədər qıtdır ki, ölkə təkcə valyuta qıtlığı ilə deyil, mal qıtlığı ilə də üzləşə bilər".

Ekspert : çoxları əmanətlərini banklardan geri çəkəcək

“Exo” qəzeti isə “Dəyişikliklər indi lazımdır, yoxsa Azərbaycanın bank sistemi dağıla bilər” sərlövhəli məqalədə müəllif bank sisteminin durumunu ekspertlərlə dəyərləndirir.

Müəllif diqqəti Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı-nın bu günlərdəki çıxışında dövlətin əmanətlərin sığortalanması sistemindən çıxması bəyanatına cəmləşdirir. Müəllif bunu da xatırladır ki, sonradan Palata belə bəyanat verildiyinin təkzib edib.

Müəllif bank sistemilə bağlı bir sıra sənədlərə istinadən əmanətlərin sığortalnmasının dövlətin öhdəliyi olduğunu bildirir.

Rüfət Aslanlı, 26 noyabr 2010

Rüfət Aslanlı, 26 noyabr 2010

“Azərbaycan əmanətlərin sığortlanması sistemindən bütünlüklə çıxa bilməz. Onun görkəmi dəyişə bilər,yəni, əmanətlərinbütünlüklə sığortlanmasından imtina edə bilər. Ya Mərkəzi bank Sığorta Fonduna kreditlər verilməsini dayandıra bilər ki, bu da bu sistemin sıradan çıxmasına səbəb ola bilər”. Bu şərhi qəzetə bank üzrə ekspert Əkrəm Həsənov şərh edib.

Ə.Həsənov adı çəkilən bəyantın verilməsinin ağır nəticələrə səbəb olacağının da istisna etməyib:

“Sözsüz ki, öncədən bəyanat verilməsi. sonradan isə onun təkzib olunması öz əmanətlərini banklarda saxlayanlar üçün sevindirici xəbər deyil və çoxları sadəcə əmanətlərini banklardan geri çəkəcək”.

Ə.Həsənov deyir ki, əmanətlərin tam sığortalnması haqqında qanun qəbul edildikdə bunun səhv olduğunu bildirib. Onun sözlərinə görə, Dünyanın heç bir yerində tam sığorta sistemi yoxdur və buna indiki halda maliyyə ehtiyatları da imkan vermir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG