Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:13

Şahmat Olimpiadası bitdi, Azərbaycan qadınları 8-ci, kişiləri 12-ci oldu


Bakıda keçirilən 42-ci Dünya Şahmat Olimpiadası. 02 Sent. 2016
Bakıda keçirilən 42-ci Dünya Şahmat Olimpiadası. 02 Sent. 2016

Bakıda keçirilən 42-ci Dünya Şahmat Olimpiadası başa çatıb. Sentyabrın 13-də keçirilən sonuncu turda Azərbaycanın 3 yığma komandası uğurlu nəticə göstərsə də, yarışı medalsız başa vurmalı olublar.

Yarışda hər ölkənin kişi və qadın idmançıları 3 komanda ilə təmsil olunub.

AZƏRTAC xəbər verir ki, sonuncu turda Azərbaycanın kişilərdən ibarət birinci yığması Türkmənistanı, ikinci komanda Boliviyanı məğlub edib. Üçüncü yığma Albaniya millisi ilə heç-heçə oynayıb.

Buna da bax:​ 'Bakı Şahmat Olimpiadası indiyə qədər keçirilən ən möhtəşəm olimpiadadır'

Sonuncu turda Azərbaycanın kişilərdən ibarət birinci yığması Türkmənistanı, ikinci komanda Boliviyanı məğlub edib. Üçüncü yığma Albaniya millisi ilə heç-heçə oynayıb.

Qadınların yarışmasında Azərbaycanın birinci komandası Malayziyaya, üçüncü komanda isə Makedoniya yığmasına qalib gəlib. İkinci yığma isə İrana uduzub.

Yekun nəticələrə görə, kişi idmançıların yarışmasında ABŞ birinci, Ukrayna ikinci, Rusiya millisi isə üçüncü olub. Azərbaycanın əsas komandası 12-ci, ikinci 26-cı, üçüncü isə 49-cu yerdə qərarlaşıb.

Qadınların yarışında qalib adını Çin şahmatçıları qazanıb. Polşa ikinci, Ukrayna isə üçüncü olub.

Qadınların yarışında qalib adını Çin şahmatçıları qazanıb. Polşa ikinci, Ukrayna isə üçüncü olub.

Azərbaycanın əsas komandası yarışı 8-ci pillədə bitirib. Üçüncü komanda 30-cu, ikinci isə 32-ci olub.

Buna da bax:​ Şahmat Olimpiadasına hansı əşyaları keçirmək qadağan edildi- [Müsahibə]

Yekun nəticələrə görə, kişi idmançıların yarışmasında ABŞ birinci, Ukrayna ikinci, Rusiya millisi isə üçüncü olub.

42-ci Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-də başlamışdı. Açılış mərasiminə prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, Ümumdünya Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, şahmat üzrə dünya çempionları, dövlət və hökumət rəsmiləri qatılmışdılar.

176 ölkənin qatıldığı olimpiadada 181 kişi və 142 qadın komandası mübarizə aparırdı. Bunun iştirakçı ölkələrin sayına görə, Olimpiada tarixində rekord göstərici sayıldığı bildirilirdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG