Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:17

Noyabrın 12-si Azərbaycanda Konstitusiya günüdür. Azərbaycanın Konstitusiyası 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilib.

Dövlətin əsas qanunu 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Artıq 21 ildir Azərbaycan noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. O zamankı dövlət başçısı Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı. 1995-ci il noyabrın 12-də isə qəbul olundu.

Müstəqil Azərbaycanın dövlət quruculuğunun əsasını təşkil edən ilk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir.

2002-ci, 2009-cu və 2016-cı illərdə referendum yolu ilə üç dəfə Konstitusiyaya əlavə və dəyişikliklər edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG