Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

İsmayıllı rayonunda torpağın altından sürü halında çıxan ilanlar görənlərin marağına və qorxusuna səbəb olub. Xəbəri APA yayıb.

Kürdmaşı kəndindəki dağ yamacında peyda olan ilanları ilk dəfə kənd sakinləri görüblər. Sakinlərin sözlərinə görə, ilanların üzə çıxdığı ərazi kəndin mal-qarasının örüş sahəsidir.

Kənd sakinləri ilanlara artıq kənddə də rast gəlir. Sakinlər son iki gündə sürü halında kəndə soxulan 40-dan çox ilanı öldürdüklərini, qalanlarının isə kolluq ərazidə gizləndiyini deyirlər.

Havaların soyuq və yağışlı olmasına baxmayaraq, ilanların torpağın üstünə çıxması camaatda təəccüb doğurub.

Kənd sakinləri bildirib ki, yayda kənd ərazisində ara-sıra ilanların görünməsi normal hal olsa da, soyuq havada zəhərli sürünənlərin kütləvi şəkildə üzə çıxması camaatda qorxu yaradıb.

XS
SM
MD
LG