Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:11

-

«Azərbaycan İES» - ölkənin ən iri istilik elektrik stansiyası 2015-ci ili zərərlə başa vurub. Enerji bloklarında 7.4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunan stansiya ötən il 868 min manat zərərə uğrayıb.

«Azərenerji» ASC-nin tərkibində ayrıca qurum kimi fəaliyyət göstərən stansiya ötən il 239 milyon 600 min manatlıq elektrik enerjisi satıb. İstehsal 26.7 faiz artıb.

ƏSAS XƏRCİ YANACAQ APARIR?

Maliyyə hesabatına görə, ötən ildəki kimi, xərclərin 76.7 faizi yanacağa sərf olunub.

Stansiya işçilərinə ödəmələrin ümumi məbləği ötən illə müqayisədə 135 min manat azalıb. Əməkhaqqı və sosial müdafiə fonduna ödəmələr5 milyon 340 min manata enib.

2015-ci ildə stansiyada avadanlığın təmir və xidmətinə çəkilən xərclər 3 dəfə aşağı düşərək, 4 milyon 100 min manat olub. Hesabatda belə deyilir.

«BORC» SÖZÜNƏ ALIŞIB?

Ötən il stansiya mənfəət vergisindən başqa dövlət büdcəsinə 97.8 milyon manat vergi ödəyib. Söhbət, əsasən, əlavə dəyər vergisindən gedir (2014-cü ildə büdcəyə, vur-tut, 3 milyon 393 min manat ödənmişdi). Amma bu, bütün vergi öhdəliklərinin icra olunması anlamına gəlmir. Bu ilin əvvəlinə «Azərbaycan» İES-in 28 milyon manatdan çox vergi öhdəliyi vardı.

Bir müddət öncə «Azərenerji» ASC-nin SOCAR-a 380 milyon manat borcu barədə məlumat yayılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG