Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:32

57 idmançı olimpiadaya yola salındı


İlham Əliyev London Olimpiya Oyunlarının iştirakçıları ilə birlikdə - 2012

İlham Əliyev London Olimpiya Oyunlarının iştirakçıları ilə birlikdə - 2012

Bakıda 31-ci Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi keçirilib. Olimpiya Oyunları Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək.

President.az saytı xəbər verir ki, yolasalma mərasiminə ölkə başçısı İlham Əliyev də qatılıb. Mərasimdə çıxış edən ölkə başçısı idmançılara uğurlar diləyib.

Gənclər və İdman Nazirliyinin xəbərində deyilir ki, Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına Azərbaycandan 57 idmançı gedəcək.

Olimpiadada Azərbaycanı 11 boksçu, 9 atlet, 13 güləşçi, 3 gimnast təmsil edəcək. Taekvondo və velosiped idman növlərinin hər birindən 4, cüdodan 6, üzgüçülükdən 2, qılıncoynatma, triatlon, kamandan oxatma, güllə atıcılığında isə 1 idmançı oyunlara lisenziya qazana bilib.

Buna da bax: Ştanqa kimi çox ağır söhbət...

Rio-de-Janeyroda keçiriləcək yarışlara Azərbaycandan daha çox idmançı qatılmalı idi. Ancaq dopinq testində yaşanan problem üzündən 4 ağırlıqqaldıranın lisenziyası ləğv edilib.

31-ci Yay Olimpiya Oyunlarının açılış mərasimi avqustun 5-də Rio-de-Janeyrodakı məşhur «Marakana» stadionunda keçiriləcək.

Oyunlara planetin 205 ölkəsinin 12 min 500-ə yaxın idmançısı qatılacaq.

2016 Yay Olimpiya Oyunları proqrama ilk dəfə olaraq iki yeni idman növünün - qolf və reqbinin daxil edilməsi ilə də əlamətdar olacaq.

Oyunlar 17 gün davam edəcək. Qapanış mərasimi avqustun 21-də açılışda olduğu kimi, «Marakana»da keçiriləcək.

2012-ci ildə keçirilən Yay Olimpiya Oyunlarına isə Azərbaycandan 53 idmançı qatılmışdı. Həmin idmançılardan 2-si qızıl, 2-si gümüş, 6-sı isə bürünc medal qazanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG